Nida.az
Rəsulzadənin silahdaşı: “Arif Hacılının şansları yüksəkdir, o, riyakarlıq etməyib” - Özəl
“Müsavat Partiyası başqanlığına namizədlər arasında Arif Hacılının şansı daha yüksəkdir”.
Publika.az-a özəl açıqlamasında bu sözləri
Türkiyədə fəaliyyət göstərdiyi zaman Məmməd Əmin Rəsulzadənin
silahdaşı olmuş Yəhya Taşdələn Müsavatda başqanlıq seçkilərinə
münasibət bildirərkən deyib.
Y.Taşdələn qeyd edib ki, A. Hacılı Müsavata qarşı riyakarlıq
etməyib. “Mən 25 ildir ki, onu tanıyıram. Cəsarətli, partiyaya
sədaqətli olduğunu, canla-başla çalışdığını görürəm. Son illərdə
demokratiya və hüquq mübarizəsini də gördüm. Müsavata qarşı
riyakarlıq etməyib”, - deyə Taşdələn seçimini belə
əsaslandırıb.
Rəsulzadənin silahdaşı başqanlığa digər namizədlər haqqında
informasiyasının olmadığını bildirib: “Digər namizədləri o qədər də
yaxşı tanımıram. Arif Hacılı isə başqanlığa namizəd ola biləcək
şəxsdir. Onun şanslarını yüksək qiymətləndirirəm. Lakin yenə də
xalqın inamını qazanmaq şərtdir”.
Y.Taşdələn bundan öncə Publika.az-a açıqlamasında
Müsavatdakı seçkilərə qarışmaq istəmədiyini bildirmişdi.
Qeyd edək ki, Müsavat başqanlığına Arif Hacılı, Qubad İbadoğlu,
Tural Abbaslı və Səxavət Əlisoy iddialıdır. Onlardan hələ ki Tural
Abbaslı namizədliyini rəsmən irəli sürüb.
Asif Nərimanlı
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri