Nida.az
Haldun Yalçınkaya: “Türkiyə Qarabağ münaqişəsinin həllində yer almaq istəyir”
Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Bakıda söz verdiyi kimi NATO-nu Uels sammitində Dağlıq Qarabağ problemini qaldırdı.
“Dağlıq Qarabağ probleminin həlli Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində həll edilməlidir”, - deyə Ərdoğan çıxışında
bildirdi.
Hazırkı dönəmdə yaxın Şərqdə baş verən münaqişələrin marağına
zidd olduğu Türkiyə Cənubi Qafqazda da eyni halın yaşanmasını
istəmir. Bir tərəfdən, bu ölkənin regionda maraqları var, digər
tərəfdən, Azərbaycanla yaxın münasibətlər münaqişənin qardaş
ölkənin ərazi bütövlüyü çərçivəsində həll olunmasını vacib
edir.
Publika.az-a açıqlamasında türkiyəli ekspert Haldun Yalçınkaya bildirib ki, Azəbaycanın strateji tərəfdaşı olan Türkiyə Qarabağ münaqişəsinin nizamlanması prosesində yer almaq niyyətindədir.
“Bildiyimiz kimi, Ərdoğan prezident olaraq ilk rəsmi səfərini
Azərbaycana etdi. Ardınca NATO-nun Uels sammitində Qarabağ
münaqişəsinin həll olunmaması problemini qaldırdı. Bu Azərbaycanın
Türkiyə siyasətində tutacağı yeri, Qarabağ münaqişəsinə yanaşmasını
göstərdi. Hərçənd Ankara bundan əvvəl də qardaş Bakının maraqlarına
diqqətlə yanaşırdı”, - deyə türkiyəli ekspert bildirib.
Onun sözlərinə görə, Ərdoğanın NATO-ya Azərbaycana münaqişənin nizama salınması üzrə verdiyi vədləri yerinə yetirmək çağırışı etməklə həm də diplomatik gediş etdi: “Bununla bir tərəfdən, NATO-nun üzvlərinə xatırlatdı ki, Ukraynadan başqa MDB məkanında gərginliyin daha bir mərkəzi var və bura ədalətsiz şəkildə unudulubdur. Digər tərəfdən, bu müraciət ATƏT Minsk qrupunun həmsədrlərinə idi ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması təkcə Rusiya, ABŞ və Fransanın deyil, Türkiyənin də maraq dairəsindədir. Bu diplomatik nöqteyi-nəzərdən çox əhəmiyyətlidir”.
Asif Nərimanlı
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi
-
Qarabağ 13:56
Kəlbəcərdə bədbəxt hadisə - Xəsarət alanlar var
-
Hadisə13:30
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar? - VİDEO