Nida.az
İlham Əliyev KXDR və Tacikistana məktub göndərdi
Azərbaycan Prezidenti İlham Əliyev Koreya Əmək Partiyasının Birinci Katibi, Koreya Xalq Demokratik Respublikası Dövlət Müdafiə Komitəsinin Birinci Sədri, Koreya Xalq Ordusunun Ali Baş Komandanı Kim Çen Ina təbrik məktubu ünvanlayıb.
Publika.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.
Təbrikdə deyilir: "Milli bayramınız - Koreya Xalq Demokratik Respublikasının yaranması günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm".
Dövlət başçısı Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonu da təbrik edib.
Məktubda qeyd olunur: "Sizi və Sizin şəxsinizdə bütün Tacikistan xalqını ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan ilə Tacikistanı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri bağlayır. Hazırda yeni məzmun kəsb edən bu münasibətlər dinamik və hərtərəfli inkişaf yolundadır.
Əminəm ki, birgə səylərimiz bundan sonra da dövlətlərarası münasibətlərimizin daha da inkişaf etdirilməsinə və möhkəmlənməsinə, Azərbaycan ilə Tacikistan arasında iqtisadi və humanitar əlaqələrin genişlənməsinə yönələcəkdir.
Hörmətli Emoməli Şərifoviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, qardaş Tacikistan xalqına sülh və firavanlıq arzulayıram".
-
Region13:45
Ermənistanın bu hissəsi su altında qaldı: 1 nəfər öldü, 232 nəfər təxliyə edildi - YENİLƏNDİ
-
Qoroskop13:20
Bu gündən bütün bürclərin taleyi dəyişir: 2025-ci ilin iyununa qədər bunlar BAŞ VERƏCƏK
-
Hadisə12:50
Qazaxda iki çay daşdı, bəzi əraziləri su basdı
-
Ekologiya11:50
Bakıda tozlu hava şəraiti nə qədər davam edəcək?
-
Hadisə10:30
Bakıda binada yanğın: sakinlər təxliyə edildi
-
Nida Xəbər 10:24
Ermənistan ordusu Qazaxla sərhəddən çəkilmir? – Bəyanat yaydılar
-
Sosial10:08
Qurban bayramında neçə gün qeyri-iş günü olacaq?
-
Magazin110:00
"Bu dəfə badalağı özün qoyursan ki, bir daha ayağa qalxmasın" - Cabbar Musayev