Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olundu
Bizi izləyin

Nida.az

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olundu

Sentyabrın 11-də "Bakı Ekspo Mərkəzi"ndə müdafiə naziri general-polkovnik Zakir Həsənovun Azərbaycan Beynəlxalq müdafiə sənayesi "ADEX 2014" sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyənin Milli Müdafiə naziri İsmət Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti ilə geniş tərkibdə görüşü olub.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, görüş zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab İsmayıl Alper Coşkun iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm