Nida.az
34 ölkə bir arada: Bakıya hansı silahlar gətirilir?- FOTOLAR
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü ilə bu gün Bakıda ADEX-2014 beynəlxalq hərbi sərgisi başlayıb.
Publika.az xəbər verir ki, dünyanın 34 ölkəsindən
200 şirkət sərgidə öz hərbi təyinatlı məhsullarını nümayiş etdirir.
Bu həm də Azərbaycanın başqa ölkələrlə hərbi-texniki əməkdaşlığını
genişləndirmək üçün fürsətdir.
Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev sərgi ilə bağlı
bildirib ki, Azərbaycan son illər bu sahədə nailiyyətlərə imza
atır. Onun sözlərinə görə, hazırda Azərbaycan 900 adda hərbi məhsul
istehsal edir.
Sərgidə Azərbaycanın ən yeni hərbi məhsulları nümayiş etdiriləcək.
Bura aviasiya bombaları, zirehli texnikalar, döyüş sursatları və
atıcı silahlar da daxildir.
ADEX-2014-ün əsas iştirakçılarından olan Rusiyanın
“Rosoboroneksport” şirkətinin nümayəndə heyətinin rəhbəri Yesena
Topoyeva bildirib ki, sərgidə Rusiya pavilyonunda ən müasir
silahlar nümayiş olunacaq.
“Biz Azərbaycanla-Rusiyanın hərbi-texniki əməkdaşlığının
möhkəmləndirilməsini davam etdirərək xarici partnyorların dairəsini
genişləndirmək niyyətindəyik. Sərgidə Rusiyanın döyüş təyyarələri,
gəmiləri və katerləri, zirehli texnikası, raket və artilleriya
sistemləri, döyüş sursatları, Hava Hücumundan Müdafiənin əsas
vasitələri, həmçinin bəzi trenajor sistemlərini nümayiş
etdirəcəyik”, - deyə rusiyalı nümayəndə bildirib.
Şirkətin mətbuat xidmətinin məlumatına görə, Rusiya
ekspozisiyasının bir nömrəli pavilyonunda Ka-52 kəşfiyyat döyüş
vertolyotunun natura nümunələri ilə tanışmaq olmaq mümkün olacaq.
Həmçinin, BMPT-72 hərbi maşınları və özüyeriyən “Msta-S” texnikası
nümayiş etdiriləcək.
Şirkətin proqnozlarına görə, ən böyük maraq anaerob qüvvət
qurğularına (636 layihəsi və “Amur-1650”) və səssiz sualtı
gəmilərinədir. Həmçinin, “İşıldaquş” və “İldırım” sürət katerləri
diqqət çəkir. Bundan başqa, Rusiya pavilyonunda hərbi vertolyotlar,
silahlarla təchiz edilmiş yüksək manevrli hərbi maşınlar,
“T-90S”-nin müasirləşdirilmiş tankları, BMP-3 piyada döyüş
maşınları, “Pələng” zirehli avtomobilləri, “Triumf” S-400,
“Antey-2500”, “Buk-M2E”, “Tor-M2E”, ZRPK “Pansir-S1”, PZRK “İqla-S”
texnikaları nümayiş olunacaq.
“Azərbaycan Rusiyanın əhəmiyyətli iqtisadi partnyorudur, bizim
ölkəmizlə ticarət dövriyyəsinə görə 5 yeri tutur”, - deyən Y.
Topoyeva əlavə edib ki, Azərbaycan Mərkəzi Asiya, MDB və Yaxın Şərq
üçün giriş imkanı olan əhəmiyyətli coğrafi mövqeyə malikdir.
“Bakı-Ekspo”da sərgini keçirən CEO şirkətinin direktoru hesab edir
ki, sərgiyə maraq Azərbaycanın iqtisadi inkişafının
göstəricisidir.
Sərginin meneceri Ülkər Həsənova bildirib ki, Azərbaycan və
Rusiyadan başqa, Türkiyə, İsrail, Belarus, Cənubi Koreya, Polşa və
Ukrayna da geniş ekspozisiyalar təqdim edirlər. Həmçinin, ABŞ-ın,
Fransanın, Xorvatiyanın, İspaniya və Avropanın digər ölkələrinin də
şirkətləri sərgidə iştirak edir.
Qeyd edək ki, sərgidə iştirak üçün Türkiyənin müdafiə naziri İsmət
Yılmaz və İsrail müdafiə naziri Moşe Yaalona da Bakıdadır. Israil
müdafiə naziri üçün bu həm də Bakıya birinci rəsmi səfəridir.
Türkiyənin “Roketsan-1” şirkəti sərginin qızıl sponsoru
sayılır.
Asif Nərimanlı
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO