Nida.az
Bjezinski Qarabağ münaqişəsinin həlli yollarını açıqladı – FOTOLAR
Praqmatik amerikalı politoloq kimi tanınan ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Zbiqnev Bjezinski Cənubi Qafqazda gedən geosiyasi proseslərlə bağlı, o cümlədən Dağlıq Qarabağ münaqişəsinə dair maraqlı fikirlər söyləyib.
Publika.az-ın məlumatına görə, məşhur politoloq Z.Bjezinski bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son qərarı yalnız tərəf olan iki ölkə - Azərbaycan və Ermənistan verməlidir:
"Tərəflərdən hər hansı biri münaqişənin tezliklə həllini istəyirsə, o zaman özü müstəqil qərar qəbul etməli və heç kəsin müdaxiləsinə imkan verməməlidir".
Z.Bjezinski ABŞ hakimiyyətinin də əsas mövqeyinin bundan ibarət olduğunu bəyan edib.
Onun sözlərinə görə, Cənubi Qafqazda, o cümlədən Ermənistanda Rusiya hərbi varlığının davam etməsi münaqişənin mümkün həllinə ciddi əngəl törədir:
"Ermənistan və Azərbaycan münaqişəni özləri həll etmək istəyir. İnanmıram ki, tərəflərdən hər hansı biri problemin müharibə yolu ilə həllini istəsin. Onsuz da istənilən halda münaqişə siyasi həll yolunu tapacaq. Müharibə olarsa, bu heç bir tərəf üçün faydalı olmayacaq.
Odur ki, münaqişənin ən yaxşı həlli yolu tərəflərin öz aralarında danışıqlar yolu ilə dil tapmasıdır".
Vasif Həsənli
-
Rəsmi xronika12:27
Prezident Leonid Kalaşnikovu qəbul etdi
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?