Nida.az
Nazir müavini Litva Baş nazirinin müşavirini qəbul edib
Energetika nazirinin müavini Gülməmməd Cavadovun Litva Baş
nazirinin müşaviri İrina Urbonaviçutenin rəhbərlik etdiyi nümayəndə
heyəti ilə görüşüb.
Publika.az-ın Nazirliyin saytına istinadən verdiyi məlumata görə,
görüşdə Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığının
genişləndirilməsinə böyük önəm verdiyi diqqətə çatdırılıb.
Azərbaycanla Litva arasında ikitərəfli əlaqələrin uğurla inkişaf
etdiyi, ölkələrimiz arasında əlaqələrin qarşılıqlı dostluq və
hörmət prinsipləri üzərində qurulduğu vurğulanıb. Azərbaycan və
Litva arasında qarşılıqlı investisiya qoyuluşu üçün böyük
imkanların olduğu diqqətə çatdırılıb. İki ölkə arasında indiyədək
biznes forumlar, sərgi və işgüzar görüşlərin keçirildiyini qeyd
edilib, iş adamları arasında mövcud əlaqələrin genişlənməsinin
əlaqələrinin inkişafına müsbət töhfə verəcəyi bildirilib.
Litva Baş nazirinin müşaviri İrina Urbonaviçuten ölkəmizə
səfərindən məmnunluğunu ifadə edib, Azərbaycanın Avropanın enerji
təhlükəsizliyinin təmin olunmasında xüsusi rolunu qeyd edib. İrina
Urbonaviçuten Butkeviçius Litva iqtisadiyyatı barədə məlumat
verərək hər iki ölkənin iqtisadi potensialından səmərəli
istifadənin, iş adamları arasında əlaqələrin genişlənməsinin
Litva-Azərbaycan iqtisadi-ticarət əməkdaşlığının inkişafında
əhəmiyyətini diqqətə çatdırıb. İrina Urbonaviçuten Butkeviçius
iqtisadi əməkdaşlığın inkişafı istiqamətlərini vurğulayıb və digər
sahələrdə əməkdaşlıq üçün böyük imkanların olduğunu bildirib.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO