Nida.az
Rüstəm İbrahimbəyovun susan zəngi: Əli Kərimli Milli Şuraya kimləri gətirdi?
Milli Şura uzun sürən fasilədən sonra sentyabrın 14-də
sessiyasını keçirib.
Publika.az xəbər verir ki, ölkədəki vəziyyət, qurumun fəaliyyəti və bir sıra məsələlər müzakirə olunub.
Diqqətçəkən məqam KXCP sədrinin, ümumiyyətlə klassiklərin sessiyada
iştirak etməməsidir.
Qeyd edək ki, son sessiyada partiya ilə Mili Şura arasında
qalmaqal yaranmışdı. Qalmaqala səbəbsə AXCP sədri Əli Kərimlinin
qurumu öz partiyasının üzvləri hesabına genişləndirmək istəyi olub.
Buna qədər KXCP-ni qərargahında keçirilən sessiyalar sonradan
dayandırıldı.
KXCP qurumdan rəsmi olaraq istefa verməsə də, faktiki olaraq
aralanıb. Mirmahmud Mirəlioğlunun Müsavat başqanı İsa Qəmbərlə
yaxınlaşması da buna nümunədir.
Dünənki sessiyaya qatılmamaqla bağlı M. Mirəloğlu Publika.az-a deyib ki, bu barədə danışmaq istəmir. O, ümumiyyətlə Milli Şura ilə bağlı sualları cavablandırmaq istəmədiyini açıqlayıb.
KXCP sədrinin müavini Xəzər Teyyublu isə Publika.az-a bildirib ki,
paytaxtda olmadığı üçün sessiyaya qatıla bilməyib.
KXCP-nin sessiyaya qatılmaması haqda Milli Şura sədri Cəmil Həsənli
də danışmaq istəməyib. O, səbəbi KXCP-nin açıqlamalı olduğunu
deyib.
Sessiyada diqqət çəkən digər məqam qurumun fəxri sədri və ağsaqqalı
hesab olunan Rüstəm İbrahimbəyovun telefonla qoşulmaması olub.
Hansı ki, sessiyadan bir gün əvvəl C. Həsənli mediaya açıqlamasında
demişdi ki, gündəliyi R. İbrahimbəyovla razılaşdıracaq. Həmçinin,
sessiyanın gedişində onunla telefon əlaqəsi yaradılacaq.
Sessiyada Milli Şuranın sıralarına 8 nəfər qəbul olunub. Belə ki, Avropada yaşayan Qənimət Zahid, Ukraynada yaşayan Yalçın Qəhrəmanov, həmçinin Avropada yaşayan polkovnik İsa Sadıqov, bundan başqa, Fəxrəddin Mehdiyev, Vahid Məhərrəmov, Məhəmməd Talıblı, Araz Gündüz quruma üzv olublar.
Qeyd edək ki, yeni üzvlərin hər biri bu və ya digər formada AXCP
sədri Əli Kərimliyə yaxınlığı ilə seçilir.
Asif
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar
-
Sosial12:46
Bu işçilərə kompensasiya ödəniləcək
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?
-
MDB11:49
“Qara siyahı” yaradılır: Aliment ödəməyənlərin adları açıqlanacaq
-
İdman11:01
AFFA Türkiyə millisinin sabiq baş məşqçisi ilə danışıqlar aparır - ŞOK İDDİA