Nida.az
Amerikalı həmsədr Yerevanda bərbərə də gedib - Fotofakt
Hazırda Yerevanda olan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin maraqlı fotosu yayılıb.
Publika.az xəbər verir ki, sosial şəbəkələrdə
erməni istifadəçilər tərəfindən yayılmış fotodan görünür ki, Uorlik
Yerevanda bərbərə getməyə də vaxt tapıb.
Belə ki, amerikalı həmsədr Yerevanda saçlarına əl gəzdirmək
qərarına gəlib və qarşısına çıxan ilk bərbərxanaya daxil olub.
Fotodan da məlum olur ki, Uorlik istəyinə nail olub.
Fotodan erməni bərbərlərin amerikalı diplomata özlərinə məxsus
formada xidmət göstərdikləri görünür.
Qeyd edək ki, Ermənistanda prezident Sərkisyanla da görüşən Uorlik
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlamasında bildirib ki,
münaqişəyə 3 əsas prinsip çərçivəsində yanaşmaq lazımdır.
“Bura güc tətbiq etməmə, ərazi bütövlüyü, həmçinin xalqların öz
müqəddəratını təyinetmə hüququ daxildir. Nizamlanma bütün
prinsiplərə əsaslanmalıdır. Həmsədr ölkələr davamlı tənzimləməyə
nail olmaq üçün tərəflərlə işləməyə davam edəcəklər”, - deyə o
bildirib.
NATO-nun Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Uels sammiti
haqda da danışan amerikalı həmsədr bildirib ki, Şimali Alyans
münaqişənin həllinə maraq göstərir. Onun sözlərinə görə, NATO
bəyannaməsi BMT nizamnaməsi və Helsinki Yekun Aktına əsaslanır.
Xatırladaq ki, NATO-nun Uels sammitində qəbul olunan bəyannamədə 3
əsas prinsipində ərazi bütövlüyünün toxunulmazlığı prinsipinə
üstünıük verilib və Azərbaycanın ərazi bütövlüyü dəstəklənib. Həmin
bəyənnaməyə Ermənistan prezidenti Serj Sərkisyan da imza atmaq
məcburiyyətində qalıb.
Asif Nərimanlı
-
Sosial21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO
-
Magazin221:24
Cennifer Lopez ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO/VİDEO
-
İdman20:24
UFC debütantı MESAJ VERDİ: "Yeni kral gəlir"
-
Magazin220:00
Məşhur aktyor vəfat etdi - FOTO
-
Magazin119:36
Əməkdar artisti açıq geyiminə görə Türkiyədə efirə buraxmadılar - FOTO
-
Sosial19:24
İşsizlərə ŞAD XƏBƏR - Mayın 7-də…
-
İdman19:00
Ronaldo və Messi komanda yoldaşı ola bilərlər - Prezident ŞANS AXTARIR
-
Magazin218:36
Rihanna imicini kökündən dəyişdi - FOTO