Nida.az
Türkiyə TANAP-ı ratifikasiya etdi: Bakı üçün tarixi an yaxınlaşır
Türkiyə TANAP layihəsi üzrə Azərbaycanla bağladığı memorandum
anlaşmasını ratifikasiya edib.
Publika.az xəbər verir ki, memorandum bu il mayın
26-da Ankarada Türkiyənin energetika naziri Taner Yıldızla
Azərbaycan energetika naziri Natiq Əliyev arasında imzalanıb.
Bu layihəyə görə, Azərbaycanın “Şahdəniz” yatağındakı təbii qazı
Avropa bazarlarına çatdırılacaq.
Boru kəmərinin daşıma qabiliyyəti 16 milyard kubmetrdir. Onun 6
milyard kubmetri Türkiyənin qaz təchizatına sərf ediləcək. Qalan 10
milyardı Avropaya daşınacaq. Gələcəkdə boru kəmərinin daşıma
qabiliyyəti 31 milyard kubmetrə qədər artırıla bilər.
Kəmərin inşasının 2018-ci ildə başa çatdırılması planlaşdırılır.
Layihənin qiyməti 10-11 milyard dollar arası qiymətləndirilir.
Qeyd edək ki, sentyabrın 20-nə planlaşdırılan təməlqoyma mərasiminə
Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəp
Tayyip Ərdoğanın və bp-nin İtaliya, Yunanıstan və Bolqarıstan
rəhbərliyində lobbiçiliyini etmiş Böyük Britaniyanın keçmiş baş
naziri Toni Bleyerin qatılacağı gözlənilir.
Bu layihə Azərbaycan üçün iqtisadi inkişafın yeni mərhələsi,
həmçinin Avropa Birliyi ilə Bakının sıx tellərlə bağlanması
deməkdir.
Digər tərəfdən, Avropanın Rusiya qazından xilasının ilkin
mərhələsidir.
İndi əsas məsələ Türkmənistanı razı salmaqdır ki, bu bir qədər
çətin görünür.
Halbuki Türkmən qazının TANAP-a qoşulması üçün Türkmənistanın Qərb sahilindən Azərbaycanın Şərq sahilinə qədər olan Xəzərin dayaz olan yeri ilə 270 kilometr uzunluğunda boru kəməri çəkilməlidir. Aşqabadı buna inandırmaq işini Bakı öz üzərinə götürüb.
Lakin Xəzərin dibi ilə qaz kəmərinin tikintisi üçün dənizin bütün
ölkələrinin razılığı tələb olunur, həmçinin Rusiyanın. Hansı ki,
Moskva türkmən qazının idxal və tranzitini həyata keçirir.
Qərb bütün vasitələrdən istifadə etməyə hazırdır ki, Aşqabad buna
razılaşsın. Xüsusilə, Ukrayna böhranından sonra bu aktuallaşıb.
Asif Nərimanlı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA