Nida.az
“The Hill”: “Azərbaycan nöqsanları olan digər ölkələrdən daha çox tənqid edilir”
“Azərbaycan Avrasiyada kövrək geosiyasi tarazlığın axlanılmasında aparıcı oyunçudur. Bir şey anlamaq lazımdır ki, Qərbə etibarlı enerji partnyoru lazımdır. Hansı ki, bu partnyor Bakıdır. Amma Vaşinqton Azərbaycanı tənqid etməkdə səbirsizlik göstərir”.
Publika.az xəbər verir ki, bu barədə Amerikanın “The Hill” nəşri
yazıb.
Nəşr qeyd edir ki, Azərbaycanda problemlər ola bilər, müxalifət
zəif ola bilər, daha yaxşısını arzulamaq da olar: “Lakin buna
baxmayaraq, Azərbaycan nöqsanları olan digər ölkələrdən daha çox
tənqid edilir.
Ermənistanda dövlət quruluşun gözəgirən səhvlər fonunda Azərbaycanın çatışmazlıqlarını tez-tez vurğulamaq, dilə gətirmək doğru deyil. Halbuki, gözlərimizi bir az geniş açsaq, Ermənistanın Rusiya və İranın vassalı olmağa meylli olduğunu görə bilərik. Beynəlxalq hüquqda Azərbaycanın ərazisi olaraq tanınan Dağlıq Qarabağ regionunun Ermənistan tərəfindən qeyri-qanuni tutulduğunu da unutmaq lazım deyil”.
Nəşr “Azadlıq” radiosunu da tənqid edib. Bildirib ki, bu radio
Azərbaycanı tənqid etməkdə çempiondur.
“Orda fəaliyyət göstərən jurnalistləri gündəlik həyat tərzi
baxımından anlamaq olar. Amma bu ABŞ-ın strateji maraqlarına
ziddir”, -deyə nəşr vurğulayır.
“The Hill” Vaşinqtona Ərdoğanın qonşuları ilə “sıfır problem”
siyasətini nümunə göstərir.
Asif Nərimanlı
-
MDB17:49
Putin fərman imzaladı: Gürcülərə böyük JEST
-
Sosial17:31
Laçına müntəzəm avtobus reysi istifadəyə veriləcək
-
Dünya16:16
Ərdoğan bu ölkələrə gedir: məscid açacaq
-
Nida Təhlil 15:50
Azərbaycan-Ermənistan razılaşması: Bu bəndlər olmadan...
-
Region15:02
Türkiyədən tarixi qərar: Rusiyanın tətbiq etdiyi bu ifadə dəyişdirilir
-
İqtisadi gündəm14:22
İsrail İrana hücum edərsə, neft bu qiymətə olacaq
-
Sosial14:05
Əhməd Əhmədov haqqında qərar verildi - Video
-
Magazin113:50
Sevil-Sevinc bacılarının evində ŞADLIQ VAR - VİDEO