Nida.az
Milli Məclisdən Hadi Rəcəbli təkzibi
Milli Məclis deputat Hadi Rəcəblinin fikirlərinin təhrif
edildiyini açıqlayıb.
Parlamentin mətbuat xidmətindən Publika.az-a verilən məlumatda
deyilir ki, son günlər bəzi kütləvi informasiya vasitələrində Milli
Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin adından
belə bir açıqlama yayılıb ki, guya deputat “aldığım maaş mənə
çatmır” deyib.
“Hadi Rəcəbli həmin məlumatı təkzib edib və o xəbəri qərəz kimi
dəyərləndirib. Bildirib ki, sosial sahədə uzun illər tədqiqat
aparan elmlər doktoru, professor kimi mən həmişə deyirəm:
“Təminatla tələbat düz mütənasibdir. Təminat yaxşılaşdıqca tələbat
artır”. Ucuz sensasiya axtaran bəzi KİV-lər deputatın fikirlərini
kontekstdən ayıraraq təhrif edib, öz maraqlarına uyğun formada
yayıblar”, deyə məlumatda deyilir.
Qeyd edək ki, bir müddət əvvəl H. Rəcəblinin “İnteraz” saytına
açıqlaması olaraq yayılmış xəbərdə deputat bildirmişdi ki, aldığı
maaş ona çatmır.
“İnsanlar çox zaman deyir ki, pensiyam mənə çatmır. Mən də sizə
deyirəm ki, heç mənim maaşım mənə çatmır. Maaşım orta pensiyadan 5
dəfə çox olsa da, bunun kifayət etməməsi bir reallıqdır. Bunu
səbəbi odur ki, tələbatla təminat düz mütənasib deyil. İnsanlar
təmin oluna-oluna, onların tələbatı da artır. Odur ki,
təqaüdçülərin pensiya ilə bağlı iradları həm də, tələbatlarının
artması ilə bağlıdır. Razıyam, pensiyalar bir az çox olsa yaxşı
olar. Amma pensiya artdıqca bazarda qiymətlər də dəyişir, bunu da
nəzərə almaq lazımdır” - deyə H. Rəcəbli söyləyib.
Asif
-
Qarabağ 13:42
Tokayevdən Bakı və İrəvana təklif: Hazırıq
-
İdman12:57
Daha Ronaldoya ehtiyac yoxdur, Corcina brenddir: Görün nə qədər sərvəti var - FOTOLAR
-
Hadisə12:00
Generala ağır itki üz verdi - FOTO
-
Qoroskop11:12
Ən uğursuz bürclər açıqlandı: Onlar həyata geridə başlayırlar
-
Dünya10:12
İsraili şoka salan taktika: İran bacarmadı, "Hizbullah" isə görün nələr etdi
-
ABŞ09:54
Tramp ilk dəfə açıqladı: “Putin mənə bu haqda danışırdı, amma əngəllədim”
-
MDB09:18
Rusiyada böhran: Rekord sayda insan müflis oldu
-
Elm və təhsil08:22
Tələbələrə şad xəbər: Bu tarixdən təqaüdlər artırılır - VİDEO