Nida.az
Bağırovun nəvəsi Elçibəyin sözçüsünü məhkəməyə verir - Özəl
Mircəfər Bağırovun nəvəsi Tağı Bağırov tarixçi-yazar, vaxtilə
Əbülfəz Elçibəyin özəl sözçüsü olan Ədalət Tahirzadəni məhkəməyə
verir.
Bu barədə T. Bağırovun özü Publika.az-a məlumat verib. Buna səbəbsə, Ə. Tahirzadənin sosial şəbəkələrdə paylaşdığı Bağırovun həbsxana fotosudur.
Qeyd edək ki, Ə. Tahirzadə bir neçə gün öncə “facebook” səhifəsində
Bağırovun həbsxanada pis vəziyyətdə olan fotosunu paylaşaraq yazıb
ki, “bu gün Azərbaycan cəlladı Mircəfər Bağırovun ad
günüdür”.
“Özünü tanıyandan əlində silah insan öldürməklə məşğul olub.
Öncə Əli bəy Zizikskinin müavini kimi Qubada erməniləri və
bolşevikləri qırıb, sonra Azərbaycan “ÇK”-sının sədri və daxili
işlər komissarı - naziri kimi bolşeviklərin əmri ilə müsavatçıları
və başqa azadlıqsevərləri kütləvi şəkildə məhv edib. 1930-da
Azərbaycanda baş qaldırmış Şəki üsyanı kimi onlarca xalq etirazını
ən amansız şəkildə qan içində boğub. Daha sonra Azərbaycan KP-nin
1-ci katibi işləyərkən 1937-38 və 1947-49-cu illər
repressiyalarında Azərbaycan xalqının milli ziyalı elitasını və
cəmiyyət içərisində nüfuzu olan bütün şəxslərini Moskvanın
göstərişinə uyğun olaraq sistemli şəkildə məhv edib və bunların
həlledici qismini ermənilərin əli ilə edib (Yuvelian
Sumbatov-Topuridze onun ən sevimli dostu olub). Bütün karyerası
boyunca Kremlin ən sədaqətli nökəri vəzifəsini yerinə yetirib. Sonu
isə aşağıda gördüyünüz kimidir - on minlərcə yurddaşımızı məhv
etdirdiyi zindana özü düşdükdən sonra sındırılmış gözlüyünün yerinə
yeni gözlük də vermədilər. Bu, onun zindanda çəkilmiş və indiyədək
heç kəsin görmədiyi son şəklidir”, - deyə Ə. Tahirzxadə
vurğulayıb.
Bağırovun nəvəsi Tağı Bağırov isə fotonun həqiqiliyini təkzib
edir.
“Bu foto saxtadır. Çünki Bağırovu sağlığında heç kim sındıra
bilməyib. Mən həmin fotonu ekspertizaya göndərmişəm və saxta olduğu
nəticəsi gəlib. Bunu hardan tapıblar bilmirəm, amma bildirim ki, bu
şər-böhtandır. Şənbə günü Bakıya gəlirəm, həmin sənədlə birgə
məhkəməyə müraciət edəcəm. Qoy, Ədalət Tahirzadə məhkəmədə cavab
versin”, - deyə o bildirib.
Mircəfər Bağırovun həyatını tədqiq edən Adıgözəl Məmmədov da
Publika.az-a bildirib ki, bu fotonun həqiqiliyi şübhəlidir:
“Yazıblar ki, ilk dəfə bu foto üzə çıxıb. Amma mən bilirəm ki, bu
foto 10 ildən çoxdur ki, internet resurslarında var idi. Kimi
aldatmağa çalışırlar?”
Asif Nərimanlı
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?