Rus politoloqdan Azərbaycan siyasilərinə sərt ittiham
Bizi izləyin

Nida.az

Rus politoloqdan Azərbaycan siyasilərinə sərt ittiham

“Rusiyaya qarşı real şəraitin nə dərəcədə uğurlu alınacağı və Bakının antirusiya koalisiyasında iştirak etməyəcəyi onun daxili siyasətində olduğu kimi, xarici siyasətindəki situasiyadan da asılıdır”.

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Pavel Klaçkov deyib. O, Azərbaycanda Rusiya əleyhinə xeyli miflərin quraşdırıldığını bildirib:

“Azərbaycanda Amerikanın pulu ilə Rusiyaya qarşı çoxlu miflər yaradılır. Bəzi analitiklər Azərbaycan KİV-ləri vasitəsilə Kreml sahiblərinin imperiya istəkləri olması ilə cəmiyyəti qorxudurlar. Məsələn, Azərbaycan Demokratik Partiyasının rəhbəri Sərdar Cəlaloğlu Azərbaycan ordusunun Rusiyaya qarşı istifadə mümkünlüyünü və bunun Rusiyanı məhv edəcəyini açıq-aşkar deyir. Aqil Səmədbəyli həmçinin, “Yeni Müsavat” qəzetinin səhifələrində Rusiyanın parçalanmasını proqnozlaşdırır. Bax bu cür məsuliyyətsiz publisistlər “türkün birinci düşməni – Rusiyadır” şüarları ilə çıxış edirlər. Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustanın hərbçilərindən ibarət “Turan ordusunun” yaradılması ilə bağlı fantastik proyektlərlə çıxış edirlər. Yəni Rusiyaya qarşı aqressiv xarakter daşıyan ideoloji hücumlar həyata keçirirlər. Rusiyaya qarşı real şəraitin nə dərəcədə uğurlu alınacağı və Bakının antirusiya koalisiyasında iştirak etməyəcəyi onun daxili siyasətində olduğu kimi, xarici siyasətindəki situasiyadan da asılıdır. Rusiya və Azərbaycan arasında qarşılıqlı münasibətlərin inkşafı və gücləndirilməsi üçün ağıllı liderlərə ehtiyac var. Ümidvaram, sağlam fikir qələbə qazanacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm