Nida.az
Müsavat parçalanır - İsa Qəmbərin qardaşından anons
Rövşən Qəmbər prosesin qarşısını almaq üçün həmsədrlik təklifi irəli sürüb.
Almaniyada yaşayan İsa Qəmbərin qardaşı Rövşən Qəmbər Müsavat
Partiyasının ikiyə parçalanmasından narahatdır.
Publika.az xəbər verir ki, R. Qəmbər sosial şəbəkələr vasitəsilə
Müsavat üzvlərinə, eləcə də, Qubad İbadoğlu və Arif Hacılıya
müraciət ünvanlayıb.
O, müraciətində bildirib ki, müsavatçıların qətiyyən
parçalanmasına yol vermək olmaz: “Qurultay nümayəndələrindən xahiş
edirəm ki, Müsavat Partiyasının ikiyə bölünməsinə qətiyyən yol
verməsinlər, İsa Qəmbər, Arif Hacılı və Qubad İbadoğlu üçlüyünün
parlament seçkilərinə qədər maksimal xeyirli, uğurlu işbirliyinə
başlamasına yardım etsinlər”.
R. Qəmbər təklif edir ki, Müsavat Partiyasının ikiyə bölünməməsi üçün Almaniyadakı yaşıllar və solçular partiyalarında olduğu kimi iki həmsədr institutu təsis olunsun: “Dünənki qurultayda ən çox səs alan Arif Hacılının və Qubad İbadoğlunun həmsədr olmaları üçün yaxşı olardı ki, qurultayda nizamnaməyə dəyişiklik edərək həmsədrlik təsis olunsun. Qurultayın və yeni Məclisin maksimal işbirliyi nəticəsində Müsavat Partiyasına kollegial başqanlıq sistemi yaranmasına, lütfən yardımınızı əsirgəməyin”.
Qeyd edək ki, Q. İbadoğlunun seçkidə məğlubiyyəti partiyanın
parçalanma ehtimallarını artırıb. O, öz komandasının heç bir
seçkili orqanda təmsil olunmayacağını açıqlayıb.
Asif
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?