Nida.az
Milli Məclisdə mübahisə: “Tikanlı sözlərdən əl çəkin”
Milli Məclisin bu gün keçirilən iclasında mübahisə yaranıb.
Publika.az xəbər verir ki, istehlakçıların hüquqlarının müdafiəsi
haqqında qanuna nəzərdə tutulan dəyişiklik barəsində danışarkən
deputat Zahid Oruc bildirib ki, bir neçə saat ərzində 36 məsələnin
parlamentdə müzakirə olunub qəbul edilməsi ilə dünyada rekord
vuracağıq.
Onun bu çıxışına vitse-spiker reaksiya verərək tövsiyə edib ki,
tikanlı sözlərdən əl çəkin: “Heç olmasa, parlamentə gəlməzdən öncə
evdə müzakirə olunacaq məsələlərə baxın və hansı məsələ haqqında nə
deyəcəyinizi düşünün. Yoxsa burada gəlib müzakirə zamanı fikir
bildirirsiniz. Axı belə olmaz. Hələ cənab spiker bildirdi ki,
müzakirəyə çıxarılan məsələlərin əksəriyyəti redaktə və digər
qanunlara uyğunlaşdırma xarakteri daşıyır. Burada ciddi elə bir
məsələ müzakirə olunmur ki, fikir bildirəsiniz”.
Fikrini davam etdirən Z. Oruc isə bildirib ki, məni digərləri ilə səhv salmayın.
“Mən o az şəxslərdən biriyəm ki, qanunlarla tanış oluram. Özü də ki, adıçəkilən qanunla əvvəlcədən məlumatlıyam, bu haqda fikrim olduğu üçün danışmaq istəyirəm”, - deyə deputat qeyd edib.
Z. Əsgərov növbəti dəfə təkidlə tələb edib ki, deputat mahiyyəti
üzrə danışsın, əks təqdirdə, ona söz verməyəcək.
Sözünü davam etdirən Z. Oruc əlavə edib ki, kiminsə burada öz elmi
və hüquqi biliklərini nümayiş etdirməyə ehtiyac yoxdur.
Asif
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat
-
ABŞ14:23
Dəhşətli terror aktları olacaq: Amerikalı general hazırlıq görməyə çağırdı
-
Region13:53
Türkiyədə əcnəbilərə qarşı sərt tələb - Ərdoğana müraciət edildi
-
İdman13:28
Təbriz klubunu atıb qaçdı: Görün qızı başına nə oyun açdı - FOTOLAR
-
İdman12:43
Ronaldonun keçmiş sevgilisi pərəstişkarlarını dəli etdi - FOTOLAR
-
Hadisə12:18
Lökbatanda MÜƏMMA: Qəsəbənin 3 gənc sakini bir gecədə öldü - FOTO
-
Magazin111:43
"Pozğunluğun reklamı yüksək səviyyədə idi"