Azərbaycanda daha bir ölkənin diplomatik nümayəndəliyi işə başladı
Bizi izləyin

Nida.az

Azərbaycanda daha bir ölkənin diplomatik nümayəndəliyi işə başladı

Meksikanın Azərbaycan Respublikasında diplomatik nümayəndəliyi fəaliyyətə başlayıb.

Publika.az-a Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 2014-cü ilin 1 oktyabr tarixində Meksikanın Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyinin müvəqqəti işlər vəkili Francisco Ernesto Romero Bock Xarici işlər nazirliyində qəbul edilib.

Azərbaycanın Meksikadakı səfirliyi isə 2008-ci ildən fəaliyyət göstərir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm