Nida.az
Məclis üzvü: “Müsavat reanimasiya stolunun üstündədir”
“Müsavat Partiyası reanimasiya stolunun üstündədir : daxili və xarici intriqalar, dedi-qodu, şər-böhtan, yalan vədlər, səriştəsizlik, təşkilatçılıq sıfıra bərabərdir”.
Publika.az xəbər verir ki, bu barədə Quzey Kiprdə yaşayan təhsil
eksperti, Müsavatın Ali Məclis üzvü Məlahət Mürşüdlünün başqan
seçkilərində məğlub olan Qubad İbadoğluna məktubunda deyilir.
M. Mürşüdlü məktubunda qeyd edib ki, Məmməd Əmin Rəsulzadə
partiyasının bugünkü mənzərəsi budur: “Məncə, onu bu günə
salanların özləri də vəziyyəti düzəltməlidirlər. Əlbəttə,
bacarsalar”.
Daha sonra o, Q. İbadoğlunun QHT sektoruna qayıdacağı üçün
sevindiyini açıqlayıb.
“Sizin seçilməmə xəbərinizi 28 sentyabr gecə saat 03-də öyrəndim.
Üzüldüyüm qədər də buna sevindim. Üzüldüm ona görə ki, əziyyət
çəkdiniz, mənəvi ağrı hiss etdiniz, mən daxil yüzlərcə ziyalı sizi
qalib edə bilmədi. Amma siz güclü, modern düşüncəli bir şəxssiniz,
partiyanın görmədiyi kampaniya apardınız! Qismət deyilmiş, rusların
bir sözü var : Vse xudşiye idiyot na luçşeye. Uca Allahımız bilir
nə etdiyini! Demək belə yaxşıdır. Sevindim ona görə ki, QHT
sektorunda yenə başdasınız. Bu sektoru mən sizsiz təsəvvür edə
bilmirəm. Mən əvvəlcədən dostlarımıza demişdim ki , QHT sektorundan
getmənizi istəmirəm! Bir neçə dəfə də sizə demək istədim ki,
namizədliyinizi verməyin. Amma nədənsə çəkindim”, -deyə o
məktubunda vurğulayıb.
Asif
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO