Nida.az
Müsavatdan Əli Kərimliyə “real müxalifət” ittihamı
Müsavat funksioneri Səxavət Soltanlı AXCP sədri Əli Kərimlini ittiham edib.
Publika.az xəbər verir ki, Müsavat funksioneri Əli Kərimliyə müraciət edərək, “real müxalifət Müsavatdır” deyə bildirib.
“AXCP sədri hörmətli Əli bəy Kərimli yenidən Müsavata sataşmaqla yeni gündəm yaratmaq istəyib. Hörmətli Əli bəy, Müsavat Partiyasını yönəldən insanlar başda olmaqla Müsavat Partiyası real müxalifətin özüdür! Bizim hədəflərimiz demokratik Azərbaycan qurmaq, sizin hədəfiniz Müsavat. Fərqimiz bu. “Real müxalifət” görüntüsü yaratmaqla müxalifət olmaq olmadığını, oyundan kənar vəziyyətə düşüdüyünüzü yaxşı bildiyinizdən Müsavata sataşmağı çıxış yolu seçmisinizsə, bir söz deməyəcəyəm.
Müsavat adından faydalanmaq xalqımızın bütün insanları kimi
sizin də haqqınız. Amma heç kimin Müsavat Partiyası haqqında
söylədiyi yalanlara, xalqı aldatmağa çalışmasına da tamaşaçı olmaq
fikrimiz yoxdur.
İnciməyin, səhvlərinizi yenə də təkrarlayırsız. Olmazmı hərə öz
yolunu getsin? Kimin doğru yolda olduğunu zaman göstərəcək”, - deyə
S. Soltanlı bildirib.
Qeyd edək ki, Müsavat Partiyası Milli Şuradan çıxandan sonra AXCP
ilə qarşılıqlı ittihamlara son qoymaq qərarı verilib.
Lakin cəbhəçi funksionerlər sosial şəbəkələrdə Müsavata qarşı bəzi ittihamlar irəli sürür. Sonuncu “atmaca” qurultaydan öncə baş verdi.
Asif
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?