Nida.az
Bakı-Astana münasibətləri müzakirə olundu
Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Nadir
Hüseynov bu gün ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının
xarici işlər nazirinin birinci müavini, EXPO-2017 beynəlxalq
ixtisaslaşdırılmış sərginin komisarı Rapil Joşıbayevin başçılıq
etdiyi nümayəndə heyətini qəbul edib.
Publika.az-a bu barədə Azərbaycan Respublikası Xarici İşlər
Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Görüşdə Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası
arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla
inkişaf etdiyi vurğulanıb və əlaqələrimizin bundan sonra daha da
genişlənəcəyinə əminlik ifadə olunub. Mədəniyyət, humanitar və
iqtisadi sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün
geniş potensialın olduğu qeyd olunub.
Azərbaycan tərəfi EXPO-2017 beynəlxalq ixtisaslaşdırılmış sərginin
Qazaxıstanın Astana şəhərində keçirilməsi ilə əlaqədar qarşı tərəfə
uğurlar arzulayıb. Rapil Joşibayev səmimi qəbula görə təşəkkürünü
bildirərək, Qazaxıstan ilə Azərbaycan arasında əlaqələrin bütün
sahələr üzrə inkişaf etdiyini vurğulayıb.
Qazaxıstan tərəfi beynəlxalq sərgiyə hazırlıq mərhələsi barədə
məlumat verib.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.
Ömər Dağlı
-
Qoroskop00:15
Günün ULDUZ FALI: yeni plan peyda olacaq
-
Magazin100:07
Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
-
Sosial30 Aprel 23:24
Bakıda qeyri-adi oğurluq - Qadın götürdüyü pulları görün harada gizlətdi
-
Magazin230 Aprel 23:00
Məşhur serialın ulduzu 84 yaşında VƏFAT ETDİ - FOTO
-
Sosial30 Aprel 22:48
Qazaxda minaya düşən hərbçinin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO
-
Magazin130 Aprel 21:36
Pərvin çəkilişlərdə xəstəlik tapdı - FOTO
-
Sosial30 Aprel 21:12
Azərbaycanlı general vəfat etdi - FOTO
-
Magazin130 Aprel 21:00
Əməkdar artist Cəlilabadda məscid tikdirdi - VİDEO