Nida.az
“Əli Kərimli Obamaya yarınmaq üçün mitinq keçirir”

“ABŞ prezidenti Barak Obamanın Azərbaycanla bağlı məlum çıxışından sonra Əli Kərimli ABŞ-a yarınmaq üçün mitinq arzusunu ortaya qoyub. Mitinq keçirmək təşəbbüsü bununla bağlıdır”.
Bunu Publika.az-a açıqlamasında BAXCP sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı Milli Şuranın oktyabrın 12-də mitinq keçirmək qərarını şərh edərkən deyib.
Onun sözlərinə görə, Əli Kərimli yenidən özünü “qərbyönümlü”
siyasətçi kimi ABŞ-a təqdim edir: “Özü də yaxşı bilir ki, Rusiyanın
yaratdığı “Milli Şura”da Cəmil Həsənlidən başqa heç kim qalmayıb.
Kimdir Əli Kərimlinin mitinqinə qatılan? Kim qalıb ki, bunun
yanında? Natiq Ədilov və bir neçə adamdan başqa Əli Kərimlinin
yanında heç kim qalmayıb. Əli Kərimlidən soruşmaq lazımdır ki,
həbsdə olan bu adamların hansının yanına bir dəfə də olsun
getmisən? Bu adamların hansının ailəsinə mənəvi və maddi dəstək
olmusan? Hər kəs bu illər ərzində gördü ki, hətta Əli Kərimlinin ən
yaxın adamları 7 il həbsdə yatdı və bu adam bir dəfə də olsun
onların ziyarətinə getmədi. Hətta həbsxanadan çıxandan sonra evinə
belə getmədi. Bax, Əli Kərimlinin əsl siması budur”.
N. Orduxanlı qeyd edib ki, 12 oktyabr mitinqi çox zəif keçəcək.
BAXCP rəsmisi düşünmür ki, Əli Kərimlinin keçirdiyi mitinqə ciddi
dəstək verilsin.
Asif

-
Yaxın Şərq15:16
İran televiziyası Xameneinin köhnə müraciətini yaydı - Nə baş verir?
-
Region13:55
Karapetyanın qızı erməniləri üsyana çağırdı: İrəvanda ara qarışır
-
Region12:48
Ərdoğanla Paşinyan birgə bəyanat verəcək: Bəndlər vaxtından əvvəl açıqlana bilməz
-
Sosial11:35
Azərbaycanda yeni qurum yaradıldı
-
Nida Xəbər 11:09
Şimali Kipr Baş nazirinin baş məsləhətçisi "Teleqraf" Media Qrupunda oldu
-
Dünya10:48
İran ABŞ-ı vurmaq üçün raketləri hazır vəziyyətə gətirdi: Dəhşətli müharibə qaçılmazdır
-
Dünya10:36
Dünya müharibəsi bu tarixdə başlayacaq: ABŞ İranı vuracaq
-
Region09:36
Xamenei cəmi iki sözlə bu xəbəri çatdırdı