Nida.az
Müsavatda gizli qrup ifşa oldu, istefalar başladı - son söz İsa Qəmbərindir
Müsavat Partiyasının gizli qrupu peyda olub.
Publika.az xəbər verir ki, sentyabrın 27-də
keçirilən qurultayda başqan seçilər Arif Hacılının tərəfdarları ilə
əleyhdarları arasında qızğın söz savaşı gedir. Bu günlərdə A.
Hacılının tərəfdarlarının gizli qrupa sahib olduqları və onların
bir sıra şəxsi yazışmaları “facebook”-da yayıldığı xəbəri ortaya
çıxdı. Misal üçün, yayılan “screen-şotlar”ın birində Qubad
İbadoğlunun görüşü müzakirəyə çıxarılır: “Dostlar, nə deyirsiniz?
Qubad bəy görüşə gəlir, bunu dəyərləndirmək olar? Ortamı xeyrimizə
çevirə bilsək, mətbuata nə çıxarda bilərik? Bəlkə, onu orda
suallarla zərərsizləşdirək?”
Ardınca buna verilən cavablar da maraqlıdır.
Belə ki, A. Hacılının qardaşı Mustafa Hacıbəyli “partiyaya çamur
atıb təkliflərin arxasında gizlənirlər” deyə bildirib.
Arif Hacılının əsas tərəfdarlarından olan Azər İsmayıl isə
“təkliflərdə ciddi qüsur var, bu təklifləri təhlil edib təpələrinə
vurmaq lazımdır” deyə yazıb.
Başqa bir “screen-şot”da isə “Bir dəstə Qubadist Müsavat
Partiyasının axırına çıxmaq istəyir. Hər cür iftiralarla,
şər-böhtanlarla üstümüzə gəlirlər. Bu saxtakar qrupun ağzından
vuran olmayacaq” deyə bildirilir.
Təbii ki, bu yazışmaların nə dərəcədə orijinal olduğunu demək
çətindir, amma bütün hallarda Müsavat daxilindəki gizli savaşın
olduğunu ortaya çıxardır.
Qubad İbadoğlu Müsavatdakı gizli qrupa münasibət bildirib.
Bundan təəssüf etdiyini deyən Q. İbadoğlu bunu səviyyə göstəricisi
adlandırıb. Bildirib ki, bəzi adamlarda hələ də bolşevik təfəkkür
qalır.
Yazışmalarda adı keçən müsavatçılarsa bu qrupun Arif Hacılıya
məxsus olduğu iddiasını təkzib edir.
Bu arada gizli qrup Müsavatda istefalara səbəb olub. Belə ki, 11 gənc məhz bu qrupun mövcudluğu və təhqir edilmələri səbəbi ilə partiyadan istefa verib. İstefa verənlər İlham İlhamoğlu, Nəcmi Davudzadə, Rauf Məmmədli, Elçin Cərullayev, Rasim Əhməd, Elsevər Əhməd, Amanxan Amanxanlı, Firuz Oruclu, Daşqın Ağayevdir.
Onlardan yalnız biri Nəcmi Davudzadə istefa səbəbini belə
açıqlayıb: “Bu andan mən də Müsavat Partiyasından istefa verirəm.
Müsavata uğurlar arzu edirəm. O gün olsun Müsavatda da demokratiya
olsun və diktatordan canı qurtarsın. Hamınıza uğurlar. Dəyərli
vaxtınızı boş-boş siyasi oyunlara xərcləməyin. Mən xərclədim və
peşman oldum”.
Publika.az-a fəal müsavatçıların birinin verdiyi məlumat isə
olduqca maraqlıdır. Belə ki, partiya fəalı deyir ki, İsa Qəmbər
sakit görünsə də, prosesləri izləyir və onun qərarı ilə hər şey
həll olunacaq.
“Tərəflərin bir-birinə qarşı bu tipli hücumları, kompromatların
hazırlanması, faktların ortaya çıxarılması da məhz İsa Qəmbərin
qərarına təsir etməkdir”, - deyə mənbə vurğulayıb.
Asif Nərimanlı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR