Nida.az
Naxçıvana qəhrəman şəhər statusu verilə bilər - Təklif

“Azərbaycanın müstəqilliyi ilə bağlı ilk addımlar Naxçıvandan başlayıb. Naxçıvan bu gün blokadadadır. Hər tərəfdən düşmənlə əhatə olunub”.
Publika.az xəbər verir ki, bu barədə deputat Siyavuş Novruzov Milli
Məclisi bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, parlamentdə Naxçıvanla bağlı qərar qəbul
edilməlidir: “Naxçıvanın təkcə Türkiyə ilə 11 kilometrlik sərhədi
var. Ermənistanla ən çox sərhədi olan da Naxçıvandır. Blokadaya
görə, Leninqrada qəhrəman şəhər verildi. Leninqrad cəmi 2 il
blokada vəziyyətində olub, Naxçıvan isə 24 ildir ki, blokadada
yaşayır. Bu il Naxçıvanın 90 illiyi, habelə müstəqilliyimizin 24
illiyi gəldiyi üçün hesab edirəm ki, biz parlamentdə bu haqda
düşünməli, Naxçıvanla bağlı qərar verməliyik. Bu Naxçıvanın düşmən
qarşısında daha mətin olmasına da müsbət təsir göstərər”.
İclasda çıxış edən deputat Zahid Oruc isə Türkiyənin hazırkı
durumundan danışıb.
“Biz Türkiyəni müdafiə edirik. Biz Qərb ölkələrini İraqa ordu
yeritməyə dəvət edirik. Niyə Türkiyə ora daxil olmalı, PKK ilə
çiyin-çiyinə vuruşmalıdır. Biz parlament üzvləri olaraq Türkiyənin
soyuq davranışını müdafiə edirik. Hesab edirəm ki, beynəlxalq
qüvvələr olmadan ora qoşun yeritmək bataqlıq olardı. Biz Türkiyəni
siyasi və mənəvi baxımdan müdafiə edirik”, - deyə o bildirib.
Asif

-
Region13:55
Karapetyanın qızı erməniləri üsyana çağırdı: İrəvanda ara qarışır
-
Region12:48
Ərdoğanla Paşinyan birgə bəyanat verəcək: Bəndlər vaxtından əvvəl açıqlana bilməz
-
Sosial11:35
Azərbaycanda yeni qurum yaradıldı
-
Nida Xəbər 11:09
Şimali Kipr Baş nazirinin baş məsləhətçisi "Teleqraf" Media Qrupunda oldu
-
Dünya10:48
İran ABŞ-ı vurmaq üçün raketləri hazır vəziyyətə gətirdi: Dəhşətli müharibə qaçılmazdır
-
Dünya10:36
Dünya müharibəsi bu tarixdə başlayacaq: ABŞ İranı vuracaq
-
Region09:36
Xamenei cəmi iki sözlə bu xəbəri çatdırdı
-
İdman06:46
Roberto Baccio Messiyə görün nə hədiyyə etdi - FOTO