Nida.az
Rüstəm Usubov: “Bütün siyasi partiyaların iştirakçılarına ədalətli münasibət bəslənməlidir”
“2014-cü il tarixə həm də Azərbaycanda bələdiyyə seçkilərinin uğurlu keçirilməsi ili kimi düşəcək”.
Publika.az xəbər verir ki, bunu Dairə Seçki
komissiyalarının (DSK) sədrləri üçün bu gün MSK-da keçirilən
müşavirədə “Seçki hüquqlarının qorunmasında prokurorluq
orqanlarının rolu” mövzusunda çıxış edən Baş prokurorun birinci
müavini Rüstəm Usubov deyib.
R. Usubov qeyd edib ki, ölkədə keçirilən seçkilərdə prokurorluq
orqanlarının vəzifələri əsasən daxil olmuş müraciətlərə baxılması
ilə əlaqələndirilir.
Onun sözlərinə görə, 23 dekabr 2009-cu il tarixdə Azərbaycanda
keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı Baş prokurorluğa 125
müraciət daxil olub. Onlardan 3-ü MSK-dan, 2-si hüquq-mühafizə
orqanlarından, 120-si isə vətəndaşlardan daxil olub.
“Onlardan 77 müraciət sənədlərin saxtalaşdırılması, 1-i yerli icra
strukturu tərəfindən seçki prosesinə müdaxilə edilməsi, 9-u seçki
komissiyalarının vəzifəli şəxslərinin seçki prosesinə müdaxilə
etməsi, 5-i yerli strukturlar tərəfindən namizədə hədə-qorxu
gəlinməsi, 2-si bələdiyyə üzvlüyünə qeydə alınmış namizədə
namizədliyini geri götürülməsinə dair yerli icra strukturları və
polis orqanları tərəfindən təzyiq göstərilməsi, 1-i seçki
komissiyasının vəzifəli şəxsləri tərəfindən bələdiyyə üzvlüyünə
namizədin qeydə alınmasından əsassız imtina, qalanları isə digər
pozuntularla bağlı olub”, - deyə Baş prokurorun müavini qeyd
edib.
R. Usubov bildirib ki, seçki komissiyaları öz fəaliyyətində hər
hansı dövlət və hakimiyyət orqanlarının, bələdiyyə qurumlarının,
siyasi partiyaların, qeyri-hökumət təşkilatları və başqa ictimai
təşkilatların digər hüquqi və fiziki şəxslərindən asılı deyillər:
“Seçki komissiyalarının işinə müdaxilə edən və ya təsir göstərən
şəxslər Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əsasən
məsuliyyətə cəlb edilirlər. Eyni zamanda, seçki komissiyaları da öz
fəaliyyətində qanuna əsaslanmalı, qanunları tam bərabər və qərəzsiz
tətbiq etməli, bütün siyasi partiyaların və seçki kampaniyasının
digər iştirakçılarına ədalətli və bərabər münasibət bəsləməli,
onlara münasibətdə neytral və tərəfsiz olmalı, hər hansı birinin
dəstəklənməsinə yönəldilən və ya dəstəklənməsi başa düşülə bilən
hərəkətlərə yol verməməlidirlər”.
Asif
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi