Nida.az
Müsavat növbədənkənar qurultay keçirə bilər – İsa Qəmbər geri qayıdır?
Müsavat Partiyasında növbədənkənar qurultay ola bilər.
Publika.az-a açıqlamasında partiya funksioneri
Gülağa Aslanlı bildirib ki, belə bir təklif var. Lakin bu qurultay
yarımçıq qalan məsələlərin həlli üçündür.
“Ötən qurultayda nizamnamə və proqrama dəyişiklik üçün vaxt
çatmadı. Bu işlərin başa çatdırılması üçün bir müddət sonra
növbədənkənar qurultay keçirilə bilər. Lakin bu, ötən qurultayın
nəticələrinin ləğv edilməsi, yaxud yeni başqanın gəlməsi kimi
yozulmamalıdr”, - deyə o bildirib.
Başqanlığa keçmiş namizəd Tural Abbaslı da
Publika.az-a açıqlamasında qurultayın olmasını
istisna etməyib: “Növbədənkənar qurultayın təxminən 6 ay sonra
keçirilməsi nəızərdə tutulur. Bu da ötən qurultayda həll olunmayan
məsələlərlə bağlıdır”.
Qeyd edək ki, məlumatlara görə, növbədənkənar qurultayın
keçirilməsi partiyadakı gərginliyi aradan qaldırmaq üçün İsa
Qəmbərin yenidən başqanlığa gətirilməsi üçün nəzərdə tutulur.
Lakin hər iki partiya funksioneri - Gülağa Aslanlı və Tural Abbaslı
bu iddiaları təkzib edir. Belə ki, bunun prosedur qaydalarına uyğun
olaraq nizamnamə və proqram dəyişikliyi ilə bağlı olduğu
deyilir.
Asif Nərimanlı
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ