Nida.az
"Rza Zərrabı müdafiə etmək üçün .." - Azərbaycanın İstanbuldakı Baş Konsulu danışdı
“Azərbaycan Rza Zərrabı hansı faktla, nə deyib müdafiə edə
bilər?! Istin taq gedir və bu Türkiyənin daxili işidir”.
Bu barədə Azərbaycanın İstanbuldakı Baş Konsulu Həsən
Zeynalov Publika.Az –a eksklüziv açıqlamasında Türkiyədə
17 dekabr əməliyyatında həbs olunan Rza Zərrabı milliyyətcə
azərbaycanlı olduğu üçün müdafiə etməklə bağlı səslənən təkliflərə
münasibət bildirərkən deyib. Baş konsul bildirib ki, Türkiyə böyük
dövlətdir: “Rza Zərrab milliyətcə azərbaycanlı olsa da Türkiyə
vətəndaşıdır, özü də İrandan gəlib. Ortada cinahyət faktı var və bu
fakt üzrə istintaq gedir. İstintaqda tək o deyil digərləri də həbs
olunub. Azərbaycan onun necə müdafiəsinə qalxmalıdır? Bunu təklif
edənlər nədən narazıdırlar?”.
H. Zeynalov qeyd edib ki, belə təkliflər populist çıxışlardır. Onun sözlərinə görə, Rza Zərrabı müdafiə etmək üçün arqument yoxdur.
“Nə deyib müdafiə etmək istəyirlər, hansı arqumenti gətirirlər? Hazırda istintaq getdiyi üçün ona cinayətkar demək olmaz. Amma ortada fakt da var. İstintaqın bitməsini, məhkəməni qərarını gözləsinlər. əgər Rza Zərrab onlara lazımdırsa, ondan sonra müdafiə edə bilərlər. Buna ixtiyarları var. Hələliksə istintaq təzə başlayıb. Belə populist çıxışlara gərək yoxdur”-deyə baş konsul diqqətə çatdırıb.
Qeyd edək ki, insan haqları müdafiəçisi Novella Cəfəroğlu “Yeni
Müsavat” qəzetinə müsahibəsində Rza Zərrabın müdafiəsi təklifini
irəli sürüb. O, Türkiyəni ayağa qaldıran 17 dekabr əməliyyatında
həbs edilən Rza Zərraba, təbrizli milyarder Babək Zəncaniyə də
sahib çıxmalıyıq. Onun hansısa qanunsuz işi görüb-görməməsini
məhkəmə müəyyən edəcək. Bütün problem İrana embarqo tətbiq
edilməsindədir. Onlar türkdürlər, Təbrizdəndilər, demək
bizdəndilər. Rza hətta Bakıda doğulub” deyə fikrini belə
əsaslandırıb.
Asif Nərimanlı
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu