Nida.az
Sərkisyanın Azərbaycana “Paris” təxribatı: “İlham Əliyev ona yerini göstərəcək”
Ermənistan Azərbaycana qarşı növbəti təxribata hazırlaşır. Belə
ki, öz doğma yurdlarını ziyarət etmək üçün erməni işğalında olan
Kəlbəcərə səfər edərkən girov götürülən Dilqəm Əhmədovla Şahbaz
Quliyevin məhkəməsi 27 oktyabra təyin edilib. Həmin tarixdə
Azərbaycan və Ermənistan prezidentləri Parisdə ATƏT-in Minsk
qrupunun həmsədr dövləti olan Fransa prezidenti Fransua Ollandın
təşəbbüsü ilə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması
prosesini müzakirə edəcək.
Görünür, Yerevanın kiçik düşüncəli texnoloqları bununla nəsə etməyə
çalışır. Buradan ortaya iki versiya çıxır. Birincisi, Paris
görüşünün fonunda girovların məhkəməsinə diqqəti azaltmaq, ikincisi
isə, Sərkisyanın Azərbaycanı ittiham etmək üçün əlində əsas
yaratmaq.
Hər iki halda Ermənistan öz təxribat əməllərindən əl çəkmir. Bu
həm də onu göstərir ki, erməni rejimi münaqişənin həllində heç də
maraqlı deyil və Paris görüşü də sıradan bir görüşlərdən
olacaq.
“Əminəm ki, İlham Əliyev növbəti dəfə Sərkisyana yerini
göstərəcək”
Milli Məclisin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü Zahid
Oruc Publika.az-a açıqlamasında bildirib ki, Paris
görüşünün baş tutacağı gün girovların məhkəməsinin keçirilməsi
Yerevanın öz təbirincə Azərbaycana təzyiqidir: “Sərkisyanın
çevrəsindəki dar düşüncəli siyasi texnoloqlar düşünürlər ki, bunu
Azərbaycanın əleyhinə çevirəcəklər və Azərbaycan lideri İlham
Əliyevi emosional duruma düşürəcəklər. Lakin İlham Əliyevi
tanıyanlar yaxşı bilir ki, o, güclü diplomatdır və bir həqiqi
lider, dövlət rəhbəri kimi siyasi danışıqlarda öz soyuqqanlığını və
praqmatikliyini daima qoruyur. Sərkisyan isə əksinə, ya xəstəlik
adı, ya da dilə gətirilməsi caiz olmayan davranışlarla dialoq
raundlarını tərk edərək, öz zəifliyini göstərib. İndi də bu
məsələdən zəifliyini gizlətmək üçün bəhrələnmək istəyir. Əminəm ki,
cənab İlham Əliyev növbəti dəfə Sərkisyana yerini
göstərəcək”.
“Ermənilər öz təbirlərincə bizə görk vermək
istəyirlər”
Komitə üzvü qeyd edib ki, Ermənistan girovların üzərində apardığı
əməliyyatlarla Azərbaycan insanına dərs vermək, öz doğma yurdlarına
getmək istəyənlərin qarşısını almaq istəyir: “Yəni Dilqəm Əhmədov
və Şahbaz Quliyev kimi öz doğulduqları yerə getmək istəyənlərə görk
verirlər. Halbuki, Azərbaycan insanına bununla təsir etmək mümkün
deyil. Həsən Həsənovu da qətlə yetirməklə, digərləri üzərində
qeyri-insani əməliyyatlar aparmaqla Azərbaycana qarşı informasiya
müharibəsi aparır və bunu medialarına tirajlayırlar. Hesab edirlər
ki, Azərbaycan mediası buna adekvat verəcək və digər dövlətlərdə
ölkəmiz haqqında mənfi rəy formalaşdıracaqlar. Amma bir şeyi
unudurlar ki, qarşı-qarşıya dayandıqları dövlətin lideri İlham
Əliyevdir. Hansı ki, o heç vaxt öz vətəndaşını yad əllərdə
qoymayıb. Bu məsələni Putinlə görüşdə də qaldırdı və hər iki
girovumuzu geri alacağıq. Bunu ermənilər də unutmasınlar. Lakin heç
vaxt biz ermənilərə qarşı bu cür qeyri-insani davranışlara yol
verməyəcəyik. Bizim fərqimiz də budur. Amma düşünürəm ki, buna
qarşı media və xarici siyasət idarəmiz addımlar amalıdır”.
“Obama da prezidentlərin görüşünü təşkil edəcək” - Paris gözləntiləri
Z. Oruc Paris görüşündən gözləntilərini də açıqlayıb. Bildirib ki,
bu görüşdən sonra eyni formatlı görüş güman ki, ABŞ prezidenti
Barak Obama tərəfindən də keçiriləcək.
“Bəllidir ki, Qərb Rusiyanın Qarabağ üzərində təkbaşına
monopoliyasının davam etdirməkdə maraqlı deyil. Ona görə də belə
görüşlər keçirilir. Amma mən Parisdə böyük sülh sazişinin
imzalanacağını deyənlərə razı deyiləm. Qərb sadəcə olaraq, Putinə,
“Ukraynada dava aparsan da, Qafqazda nəsə etməyə imkan
verməyəcəyik” demək istəyir”, - deyə komitə üzvü
vurğulayıb.
Asif Nərimanlı
-
ABŞ20:12
Qız anası olmaq üçün 15 il dalbadal HAMİLƏ QALDI - FOTO
-
Magazin119:40
Rəqqasə Fatiməni məhkəməyə verdilər
-
Elm və təhsil19:30
Azərbaycanda məmur bu əməlinə görə İŞDƏN QOVULDU
-
Hadisə19:15
Bakı metrosunda sərnişin öldü
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO
-
Qoroskop17:18
Bürclər üçün gözlənilən xəbər: Önümüzdəki 4 ay boyunca...
-
Qarabağ 16:38
Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək