Nida.az
Elmar Məmmədyarov Albaniya parlamentinin sədrini qəbul edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 21-də Albaniya parlamentinin sədri İlir Metanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsində parlamentlərarası əlaqələrin mühüm əhəmiyyətə malik olduğu qeyd edilib.
Trans-Adriatik boru xətti layihəsinin həyata keçirilməsinin Albaniya və ümumiyyətlə, region üçün mühüm əhəmiyyət daşıdığı və qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanlar açdığı vurğulanıb. Tirana Universiteti ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlıq haqqında Memorandumun imzalanmasının ölkələrimiz arasında təhsil və humanitar sahələrdə əməkdaşlıq üçün mühüm addım olduğu bildirilib.
Görüşdə turizm, infrastruktur, sərmayələr və müqavilə-hüquq bazasının genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

-
Yaxın Şərq15:16
İran televiziyası Xameneinin köhnə müraciətini yaydı - Nə baş verir?
-
Region13:55
Karapetyanın qızı erməniləri üsyana çağırdı: İrəvanda ara qarışır
-
Region12:48
Ərdoğanla Paşinyan birgə bəyanat verəcək: Bəndlər vaxtından əvvəl açıqlana bilməz
-
Sosial11:35
Azərbaycanda yeni qurum yaradıldı
-
Nida Xəbər 11:09
Şimali Kipr Baş nazirinin baş məsləhətçisi "Teleqraf" Media Qrupunda oldu
-
Dünya10:48
İran ABŞ-ı vurmaq üçün raketləri hazır vəziyyətə gətirdi: Dəhşətli müharibə qaçılmazdır
-
Dünya10:36
Dünya müharibəsi bu tarixdə başlayacaq: ABŞ İranı vuracaq
-
Region09:36
Xamenei cəmi iki sözlə bu xəbəri çatdırdı