Nida.az
Partiyadan çıxarılan müsavatçı: “Arif Hacılı dovşana qaç, tazıya tut deyir”
“Mənim partiyadan çıxarılmağımın səbəblərindən biri illər boyu heç bir qrupa aid olmamağım və azad düşüncəmi ifadə etməyib olub. Mən müsavatçıyam və haqsızlığa qarşı mübarizə alnıma yazılıb”.
Bunu Publika.az-a açıqlamasında Müsavat
Partiyasının Qubadlı rayon təşkilatından çıxarılan Məhəbbət Muradov
partiyada “qara siyahı”ya uyğun “təmizləmələrin” olacağına dair
deyilənlərə münasibət bildirərkən deyib.
Qeyd edək ki, Müsavat Partiyasının başqan Arif Hacılının “qara
siyahı” tutduğuna dair xəbərlər yayılıb. Həmin siyahıda M. Muradov
və qardaşı Rövşən Muradovun da adı keçir.
M. Muradov bildirib ki, qardaşının adının hansısa “qara siyahıda”
olması qara düşüncəlilərin qarayaxmasından başqa bir şey deyil:
“Dünyada şərə qarşı xeyirin davası gedir. Şərqin silahı
yalan-böhtan, xeyirin müdafiəsi haqq və ədalətdir. Müsavatda bir ay
ərzində hər şey ortaya çıxdı. Partiya çirkləndi və təmizləməyə
ehtiyac yarandı. Bu uzun illər yaranan qruplararası münasibətlərdən
qaynaqlanır. Bu qruplar həmişə mövcud olub, bu gün də var. Mən
seçkidə Qubad bəyi illərdir heç bir qrupda olmadığı üçün
dəstəkləmişəm”.
M. Muradov sabiq müşavir Hüseyn Məlikin onun partiyadan
çıxarılmasına görə Müsavat qərargahı önündə piket keçirmək
təklifinə də münasibət bildirib: “Hüseyn Məlik illərini mübarizəyə
həsr etmiş bir insandır. Onun təklif etdiyi piket son mərhələlərdən
biri ola bilər. Açığı, belə olacağını qanunsuz olaraq “təmizləmə”
aparanlar düşünməlidir”.
M. Muradov bundan sonrakı fəaliyyətinə aydınlıq gətirib. Bildirib
ki, mübarizəni nizamnamə çərçivəsində aparacaqlar: “Müraciətimizə
baxılıb doğru qərar verilməli, ədalət prinsiplərini pozanlar
cəzasını almalıdır. Müsavat sıralarında kifayət qədər ziyalı
potensialı var. Onlar seçkiyə qədər və seçkidə olan pozuntulardan
narazıdırlar. Mübarizəmiz Müsavatda olan özbaşınalıqlara son
qoyulana qədər davam edəcək. Mən özümü Rəsulzadə əsgəri hesab
edirəm və şərəflə xidmət edəcəyimə and içmişəm”.
M. Muradov Arif Hacılının “təzyiqlərlə heç nəyə nail olmaq mümkün
deyil” açıqlamasına da toxunub: “Arif Hacılı bundan sonra kiminlə
işləyəcək? Kimə qucaq açacaq? Bugünkü durum onu göstərir ki, Arif
Hacılı dovşana qaç, tazıya tut deyir”.
Asif Nərimanlı
-
Magazin221:24
Cennifer Lopez ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO/VİDEO
-
İdman20:24
UFC debütantı MESAJ VERDİ: "Yeni kral gəlir"
-
Magazin220:00
Məşhur aktyor vəfat etdi - FOTO
-
Magazin119:36
Əməkdar artisti açıq geyiminə görə Türkiyədə efirə buraxmadılar - FOTO
-
Sosial19:24
İşsizlərə ŞAD XƏBƏR - Mayın 7-də…
-
İdman19:00
Ronaldo və Messi komanda yoldaşı ola bilərlər - Prezident ŞANS AXTARIR
-
Magazin218:36
Rihanna imicini kökündən dəyişdi - FOTO
-
Magazin117:30
Azərbaycanlı müğənninin dəhşətli qəzada həlak olan oğlunun GÖRÜNTÜLƏRİ