Nida.az
Komitə sədri: “Bələdiyyələrin fəaliyyətində problemlər olsa da...”

“Bələdiyyə seçkilərinə rəsmi start verilib və qanunvericiliyə uyğun olaraq seçki ilə bağlı müvafiq proseduralar həyata keçirilir”.
Publika.az Yeni Azərbaycan Partiyasının rəsmi
saytına istinadən xəbər verir ki, bunu Milli Məclisin Regional
məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Arif
Rəhimzadə deyib.
A. Rəhimzadə mənsub olduğu partiyanın seçkilərə ciddi şəkildə
hazırlaşdığını bildirib: “Yeni Azərbaycan Partiyası bütün
seçkilərdə olduğu kimi bələdiyyə seçkilərinə də ciddi şəkildə
hazırlaşıb. İnanırıq ki, partiyamız bu seçkilərdə də yüksək
nəticələr əldə edəcək”.
Komitə sədri qeyd edib ki, bələdiyyələr ölkədə yerli demokratiyanın
inkişafında mühüm rol oynayır: “Ötən dövr ərzində bələdiyyələr
əhalinin sosial məsələlərinin həllində yaxından iştirak etməklə
yanaşı, yerli demokratiyanın inkişafına öz töhfələrini veriblər. Bu
gün bələdiyyələrin fəaliyyətində müəyyən problemlər olsa da, bunlar
tədricən həll edilməkdədir”.
Qeyd edək ki, növbəti bələdiyyə seçkiləri bu il dekabrın 23-də
keçiriləcək.
MSK-nın qərarına görə, bələdiyyə seçkiləri üçün seçki bülletenlərinin hazırlanması dekabrın 13-dək həyata keçiriləcək. 2015-ci il yanvar ayının 17-nə qədər isə bələdiyyə seçkilərinin nəticələrinin elan edilməsi başa çatmalıdır. Bələdiyyə seçkilərində təşviqat kampaniyası seçkilərə 23 gün qalmış başlayacaq. Bələdiyyə seçkiləri 1607 bələdiyyəni əhatə edəcək.
Asif

-
Yaxın Şərq15:16
İran televiziyası Xameneinin köhnə müraciətini yaydı - Nə baş verir?
-
Region13:55
Karapetyanın qızı erməniləri üsyana çağırdı: İrəvanda ara qarışır
-
Region12:48
Ərdoğanla Paşinyan birgə bəyanat verəcək: Bəndlər vaxtından əvvəl açıqlana bilməz
-
Sosial11:35
Azərbaycanda yeni qurum yaradıldı
-
Nida Xəbər 11:09
Şimali Kipr Baş nazirinin baş məsləhətçisi "Teleqraf" Media Qrupunda oldu
-
Dünya10:48
İran ABŞ-ı vurmaq üçün raketləri hazır vəziyyətə gətirdi: Dəhşətli müharibə qaçılmazdır
-
Dünya10:36
Dünya müharibəsi bu tarixdə başlayacaq: ABŞ İranı vuracaq
-
Region09:36
Xamenei cəmi iki sözlə bu xəbəri çatdırdı