Nida.az
Çexiya nəşri: “Sərkisyan Parisdə Kremlin sözünü deyəcək”
“Paris görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi irəliləyiş olmayacaq”.
Publika.az xəbər verir ki, bu barədə Çexiyanın
“Neviditelny pes” nəşri yazıb.
Nəşr münaqişənin 20 ildən artıq uzanmasının əsas səbəbkarı kimi
Rusiyanı göstərir: “Bu gün post-sovet məkanında qəribə mənzərə
yaranıb. Azərbaycanın bir hissəsində Ermənistan tərəfindən qondarma
“Dağlıq Qarabağ” rejimi yaradılıb. Gürcüstanın bir hissəsində
Cənubi Osetiya və Abxaziya, Moldova torpaqlarında Dnestryanı bölgə
yaranıb. Eyni ssenarilər Ukraynada da tətbiq edilir və sonu
görünməyən fəsadlara yol açır. Hər kəsə yaxşı bəllidir ki, bu
ssenarilər Kremldə hazırlanır və Qərb zaman-zaman bu münaqişələrin
həlli üçün səy göstərsə də, nə qədər Kremldə oturan bürokratlar
var, bu münaqişələr də davam edəcək”.
Nəşr qeyd edir ki, əgər Kremlin imperiya maraqları olmasaydı, dünya
daha təhlükəli qüvvələrə qarşı mübarizəyə köklənərdi: “Bu gün
“İslam dövləti” təhlükəsi var və bu təhlükə Rusiyadan da yan
keçmir. Eyni zamanda, Moskvanın göz dikdiyi postsovet məkanı da
radikal dini təhlükədən sığortalanmayıb. Deməli, Rusiyanın da dünya
ilə birgə mübarizə aparacağı daha böyük təhlükə var. Amma Moskva
separatizmi dəstəkləməklə özünü pis vəziyyətdə qoyur”.
Bu gün keçirilən Paris görüşünə diqqət çəkən Çexiya nəşri yazır ki,
yenə hər şey Kremlə qədər uzanır: “Münaqişə tərəflərindən olan
Ermənistanın Moskvaya bağlı olduğunu unutmamalıyıq. Güman ki,
Sərkisyan Parisdə də yenə də Kremlin sözünü deyəcək”.
“Neviditelny pes” əlavə edir ki, Qərb Sərkisyanın Kremlə
bağlılığını diqqətdən qaçırmamalıdır: “Münaqişənin həll olunmasını,
Cənubi Qafqazda daha sabit vəziyyətin yaranmasını istəyiriksə,
Rusiya faktorunu neytrallaşdırmaq lazımdır. Xüsusilə də, Moskvanın
İrəvana diktəsi aradan qaldırılmalıdır. Əks təqdirdə, münaqişənin
həllində konstruktiv mövqe həmişə sual altında olacaq”.
Asif Nərimanlı
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi