Nida.az
Elman Fəttah: “Fraksiya yaratmaq nizamnaməyə uyğun deyil”
“Partiya nizamnaməsində fraksiya yaratmaq məsələsi yoxdur. Nizamnamədən kənar addım atmayacaqlarını deyirlərsə, deməli fraksiya da olmamalıdır”.
Bunu Publika.az-a açıqlamasında Müsavat başqanının müavini Elman
Fəttah seçkilərdən narazı qalanların fraksiya yaratmaq istəklərini
şərh edərkən deyib.
Başqan müavini Müsavatda təhlükəli proseslərin getmədiyini düşünür.
Onun sözlərinə görə, heç kim Arif Hacılıya qarşı birləşməyib: “Mən
hansısa birləşməni müşahidə etmirəm. Narazı tərəflər var və onlar
da öz etirazlarını bildirirlər. Amma say etibarilə onlar çox deyil.
Biz onların şikayətlərini hər zaman dinləməyə hazırıq”.
E. Fəttah Qubad İbadoğlunun Müsavat Məclisinin bəyanatının MNTK-nın
işinə təzyiq kimi qiymətləndirməsinə də münasibət bildirib: “MNTK
qurultayın yaratdığı müstəqil orqandır, onun Məclisə hər hansı
tabeçiliyi yoxdur. Nəinki Məclisin, Müsavat başqanının da bu quruma
təsir göstərmək imkanı yoxdur. Məclisdə qəbul edilən bəyanat isə
üzvlərin ümumi rəyini ehtiva edir. Bu, mətbuatda və sosial şəbəkədə
plüralizmdən kənara çıxan ittihamlara iradlar idi. Orada kəskin
ifadələr də yoxdur. Sadəcə, Məclis vurğulayıb ki, partiya
üzvlərinin aşağılayıcı ifadələri təəssüf doğurur”.
Qeyd edək ki, Qubad İbadoğlunun seçkilərdə rəqibi olan Tural
Abbaslı ilə birləşərək yeni başqan Arif Hacılıya qarşı birgə
mübarizə aparacağı barədə xəbərlər yayılıb. Məlumatlara görə,
tərəflər fraksiya yaradacaq. Tural Abbaslı fraksiya təkliflərinin
olduğunu təsdiqləyib.
Asif Nərimanlı
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri