Nida.az
“Erməni cibinə baxan bu...” - Elçibəyin köməkçisi kimi ermənipərəst adlandırdı?
Mərhum eks-prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş tarixçi Ədalət Tahirzadə bu yaxınlarda “Quzu” filmindəki roluna görə “Qızıl portağal” mükafatına layiq görülən azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin Əkrəm Əylisli ilə bağlı fikirlərini dərc etdiyinə görə “Azadlıq” radiosunu sərt tənqid edib.
Publika.az xəbər verir ki, Ə. Tahirzadə “Əkrəm
Əylislinin başına gələnlər bir linç kampaniyasıdır” başlığı ilə
yayımlanmış yazını oxuyub əsəbiləşdiyini söyləyib: “Mən “Azadlıq”
radiosunun Əkrəm Əylislini müdafiə kampaniyasını ürəkdən
pisləyirəm! Azərbaycanda Əkrəmi ardıcıl müdafiə edən yeganə qurum
bu radiodur. Bunu da təsadüfi saymıram. Çünki bu radio ABŞ-dan
maliyyələşir. ABŞ isə Ermənistanın və ermənilərin mənafeyini həmişə
Azərbaycandan və Azərbaycan türklərindən üstün tutub və
tutmaqdadır. ABŞ indiyədək “Ermənistana işğalçı deyə bilmərik”
siyasəti yürüdür. Əkrəm Əylisli “Daş yuxular” əsərində mənim
millətimin heysiyyətini ermənilərin ayağı altına atıb və onu linç
edib. Bəli, ABŞ və “Azadlıq” radiosu çalışacaq ki, Əkrəm Əylisliyə
hətta bu ermənipərəstliyinə görə Nobel mükafatı da verilsin. Erməni
cibinə baxan bu cür artistlərin danışdırılmasını da mən xalqıma
təzyiq vasitəsi sayır və qətiyyətlə rədd edirəm! Heyif, o radioda
çalışan gözəl qələmdaşlarıma! Onlar da maaşa görə xalqa qarşı
yaramaz siyasətin quluna çevrilirlər”.
Asif
-
Magazin119:40
Rəqqasə Fatiməni məhkəməyə verdilər
-
Elm və təhsil19:30
Azərbaycanda məmur bu əməlinə görə İŞDƏN QOVULDU
-
Hadisə19:15
Bakı metrosunda sərnişin öldü
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO
-
Qoroskop17:18
Bürclər üçün gözlənilən xəbər: Önümüzdəki 4 ay boyunca...
-
Qarabağ 16:38
Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək
-
Sosial15:57
Azərbaycanda özünün xəbəri olmadan “şirkəti” olanlar: Vətəndaşı necə aldadırlar?