Nida.az
Nazim İbrahimov Albaniyanın sabiq prezidenti Recep Meydani ilə görüşüb
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəvəti ilə Azərbaycanda səfərdə olan Albaniyanın sabiq prezidenti Recep Meydani ilə görüşüb.
Görüşdə 2015-ci ildə Bakıda keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıqlar - Forumda müzakirə ediləcək mövzular, dəvət ediləcək qonaqlar və s. haqda fikir mübadiləsi aparılıb. Söhbət zamanı Forumun əhəmiyyəti xüsusi vurğulanıb, bildirilib ki, tədbir Azərbaycan, bölgə, eləcə də Avropa məkanı üçün vacib və önəmli hadisədir. Müzakirələrdə artıq üçüncüsü keçiriləcək beynəlxalq forumun dünyada baş verən siyasi proseslərin, münaqişələrin qarşılıqlı əməkdaşlıq və dialoq yolu ilə həllinə öz real töhfəsini verdiyinə inam ifadə olunub.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun əməkdaşlığı çərçivəsində baş tutan forumun Azərbaycanın dünyada, beynəlxalq arenada nüfuzunun möhkəmləndirilməsində, siyasi dialoqa, beynəlxalq hüquq normalarına dəyər verən bir ölkə kimi tanıdılması istiqamətində böyük rol oynaması da görüşdə vurğulanan məqamlardan olub. Qeyd olunub ki, forumun işinə qatılan yüksək səviyyəli qonaqların sayının ildən-ilə artması isə Azərbaycanın yeni dostlar qazanması istiqamətində atdığı uğurlu addımların nəticəsidir.
Nazim İbrahimovla Recep Meydaninin görüşündə Madrid Klubu, dünyanın digər nüfuzlu təşkilatları ilə əməkdaşlıq məsələləri, yeni birgə layihələrin həyata keçirilməsi, həmçinin Albaniya ilə Azərbaycan arasında diaspor fəaliyyəti istiqamətində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Recep Meydani Azərbaycana səfəri çərçivəsində ölkənin digər rəsmi qurumlarında da bir sıra görüşlər keçirib, Azərbaycan Dillər Universitetində mühazirə oxuyub.
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi