Nida.az
“İsa Qəmbər qayıtmaq variantını əlində kart kimi saxlayır” - ŞƏRH

Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər bu postla
vidalaşdıqdan sonra ilk müsahibəsini oğlu İlkin Qəmbərin rəhbərlik
etdiyi sayta verib.
Bir sıra məsələlərə toxunan keçmiş başqan yenidən Müsavatın başına keçməsi ehtimalını da dəyərləndirib: “Nəzəri cəhətdən, başqanlığa namizədliyimi yenidən irəli sürə bilərəm, ancaq praktik olaraq buna ehtiyac olacağını düşünürəm”.
İsa Qəmbərin keçmiş müavini, politoloq Qabil Hüseynli Publika.az-a açıqlamasında İ. Qəmbərin bu sözlərini səhvlərini anlamaq kimi şərh edib: “İsa Qəmbər başqanlıqdan getməklə səhv etdiyini başa düşdü. Bu fikirləri ilə İsa Qəmbər partiyada hazırkı status-kvonu qəbul etməyənlərə yumşaq formada mesaj da göndərir. Yəni, nəzəri cəhətdən o, yenidən qayıda bilər”.
Politoloq İsa Qəmbərin Müsavatda baş verənlərdən xoşhal olmadığını
da deyib: “O, partiyada baş verənlərdən narahatdır. Vəziyyəti
yoluna qoymaq üçün müxtəlif manevrlərə cəhdlər edir. Lakin onun
səhvini başa düşməsi bu dəqiqə başqanlığa dönməsi kimi başa
düşülməməlidir. O, bu variantı həmişə əlində əlavə kart olaraq
saxlayır”.
Q. Hüseynli bildirib ki, Müsavatda fraksiya yaratmaq partiyanın gələcəyi üçün təhlükədir: “Bunu İsa Qəmbər də gözəl anlayır. Nizamnamə buna qarşı deyil, amma onlar da digərləri kimi ümumi nizamnaməyə tabe olacaq. Sadəcə olaraq, istənilən vaxt boykot haqqına malikdirlər. Bu isə onların yeni rəhbərliyə qarşı çıxmağına imkanlar yaradır. Nəticədə, Müsavat üçün yaxşı şeylər vəd etməyən proseslər baş verəcək”.
Asif Nərimanlı

-
İdman02:43
Yamal yeni nömrəsinə qovuşdu – VİDEO
-
Dünya02:00
7,1 bal gücündə zəlzələ oldu - Sunami xəbərdarlığı edildi
-
Qoroskop00:35
Günün ulduz falı: Gözlənilməz ideya maddi uğur gətirə bilər
-
ABŞ16 İyul 23:21
Trampın planı üzə çıxdı, dollar kəskin ucuzlaşmağa başladı
-
İdman16 İyul 23:05
Azərbaycanlı idmançı Rusiya vətəndaşlığından çıxarıldı
-
Hadisə16 İyul 22:14
Laçında meşə YANIR
-
Rəsmi xronika16 İyul 20:30
Əliyev və Berdiməhəmmədov “Sea Breeze”də - Fotolar
-
MDB16 İyul 19:50
Şıxlinski haqqında 2 ay həbs qətimkan tədbiri seçildi - Yeniləndi