Nida.az
Səfir: “Münaqişənin ədalətli həlli yeni perspektivlər açacaq”
Cari ilin 6 fevral tarixində Azərbaycan Respublikasının ABŞ-dakı
səfiri Elin Süleymanov ABŞ Milli Müdafiə Universitetinin Beynəlxalq
Təhlükəsizlik Məsələləri üzrə Kollecində professor-müəllim heyəti
və tələbələrlə görüş keçirib.
Səfirliyimizdən Publika.Az –a verilən məlumata görə, görüş
zamanı E. Süleymanov iki dövlət arasında münasibətlərin strateji
xarakter daşıdığını bildirərək, ölkəmizin ABŞ-la terrorçuluğun
qarşısının alınması, enerji layihələri sahəsində ortaq maraqlardan
çıxış etdiyini və tərəflər arasında etibarlı tərəfdaşlıq
əlaqələrinin formalaşdığını qeyd edibdir. Regional enerji və
infrastruktur layihələrindən bəhs edən diplomat bu layihələrin
regionun ümumi inkişafına töhfə verəcəyini qeyd edib, həmçinin,
Azərbaycandakı tolerantlıq mühiti və ölkəmizin sivilizasiyalarası
və mədəniyyətlərarası dialoqa töhfələri barədə məlumatları görüş
iştirakçılarının diqqətinə çatdırıb.
Səfir sivilizasiyaların kəsişməsində yerləşən ölkəmizin
Prezident İlham Əliyevin uzaqgörən xarici siyasəti sayəsində bundan
sonra da dünyada sülh və təhlükəsizliyin təmin edilməsi, habelə
qarşılıqlı anlaşma və əmin-amanlığın bərqərar edilməsində
töhfələrini davam etdirəcəyini bildirib.
Diplomat Ermənistan-Azərbaycan münaqişəsi barədə iştirakçılara
ətraflı məlumat verərək qeyd edib ki, ABŞ-ın da həmsədrlərindən
biri olduğu Minsk qrupu prosesi çərçivəsində münaqişənin ədalətli
həllinin tapılması, Azərbaycan və erməni xalqının ümumi rifahına
xidmət edəcək və regional inkişaf üçün yeni perspektivlər açacaq.
Görüş zamanı regiondakı təhlükəsizlik məsələləri, o cümlədən dəniz
təhlükəsizliyi barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Beynəlxalq Təhlükəsizlik Məsələləri üzrə Kollec
ABŞ Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Milli Müdafiə
Universitetinin əsas təhsil müəssisələrindən biri hesab olunur.
2002-ci ildən fəaliyyət göstərən bu mötəbər təhsil müəssisəsi
yüksək səviyyəli qərargah və komanda vəzifələri üçün təhlükəsizlik
və strateji planlaşdırma məsələləri üzrə mütəxəssislər hazırlayır.
Hazırkı zamana kimi dünyanın 85-dən çox dövlətindən mütəxəssislər
qeyd olunan təhsil müəssisəsində təhsil alıb.
Asif
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR