Nida.az
Obamaya Azərbaycanla bağlı məktub göndərildi
ABŞ konqresmeni Henri Kuellar ABŞ Prezidenti Barak Obamaya məktub göndərərək ABŞ-ın Azərbaycanla əlaqələrinin dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıb.
Trend-in məlumatına görə, H.Kuellar Azərbaycanın strateji əhəmiyyətini qeyd edərək ölkəmizin İraq, Əfqanıstan və Serbiyadakı əməliyyatlarda vacib müttəfiq kimi iştirakını, o cümlədən Əfqanıstan əməliyyatı kontekstində önəmli nəqliyyat qovşağı olduğunu xüsusi vurğulayıb.
Eyni zamanda, konqresmen Azərbaycanın Avropa, eləcə də Türkiyə, Gürcüstan və İsrail kimi ölkələrin enerji təhlükəsizliyinə verdiyi töhfəni qeyd edib.
H.Kuellar məktubunda Azərbaycan və ABŞ arasında təhlükəsizlik və iqtisadi tərəfdaşlıq sahəsində əlaqələrin inkişafı üçün böyük potensial olduğunu yazıb. O, qeyd olunan məqamları nəzərə alaraq, geosiyasi və iqtisadi baxımdan əhəmiyyətli ölkə olan Azərbaycanla əlaqələrin dərinləşdirilməsinin prioritet olmalı olduğunu xüsusilə vurğulayıb.
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO