Nida.az
“Arif Hacılının başqan seçilməsi ilə bağlı başsağlığı verdi” - Nəsib Nəsiblinin istefa səbəbləri
Müsavat Partiyasının üzvü Nəsib Nəsiblinin istefasının səbəbləri bəlli olub.
Müsavat Partiyasının Qadınlar Birliyinin (MQB) sədri Ellada
Məmmədli Publika.az-a açıqlamasında N. Nəsiblinin
başqan seçkilərinin nəticələrindən razı qalmadığını deyib: “O,
Qubad İbadoğlunun başqan olmasını çox istəyirdi. Müsavata ziyalı,
alim olan bir şəxsin rəhbərlik etməli olduğunu düşünürdü. Lakin
seçkidə hər şey başqa cür oldu. Qurultaydan iki gün sonra mənə zəng
edərək Arif Hacılının başqan seçilməsi ilə əlaqədar başsağlığı
verdi. Bir az fikir mübadiləsi etdik.
Partiyada fəaliyyəti ilə bağlı qərarını verəcəyini dedi. Üstündən bir qədər keçdikdən sonra yenidən zəng edərək istefa verəcəyini bildirdi. Mən çalışdım getməsin. Axırda bir həftə gözləməsini xahiş etdim. Çünki Nəzarət-Təftiş Komissiyasının ədalətli qərar verəcəyini düşünürdüm. Elə olsaydı, Nəsib bəy də istefa verməyəcəkdi. Nəzarət-Təftiş Komissiyası da hər şeyi olduğu kimi saxladı. Bütün saxtakarlıqlara, pozuntulara göz yumdu. Ondan sonra Nəsib bəy dedi ki, heç nə dəyişməyəcək. Bunlar özləri deyib, özləri eşidəcək. Daha heç nə deyə bilmədim. O da istefa ərizəsini yazdı. Hətta mən bəyanat verib getməsini təklif etdim. Amma o imtina etdi. Müsavatın onun üçün doğma olduğunu, partiyanı nüfuzdan salacaq addım atmaq istəmədiyini dedi”.
E. Məmmədli Müsavatda fraksiya yaranacağı təqdirdə N. Nəsiblinin
buna dəstək verməsi ehtimalına münasibət bildirərkən hər şeyin onun
öz qərarından asılı olduğunu deyib: “Özü bunu istəyərsə, niyə də
olmasın. Bu, onun öz qərarıdır. Onun qərarına müdaxilə edə
bilmərik”.
Qeyd edək ki, keçmiş millət vəkili Nəsib Nəsibli Müsavat
Partiyasının sıralarından çıxmaqla bağlı Müsavatın Xətai rayon
təşkilatına ərizə ilə müraciət edib.
Asif Nərimanlı
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı