Nida.az
“Minsk qrupu Dağlıq Qarabağda qeyri-qanuni məskunlaşmaya reaksiya verməlidir”
“ATƏT-in Minsk qrupu Suriya ermənilərinin Azərbaycanın işğal edilmiş torpaqlarında qeyri-qanuni məskunlaşdırılmasına etirazını bildirməli və Ermənistandan buna son qoyulmasını tələb etməlidir”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclis
sədrinin müavini, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin
rəhbəri Bahar Muradova deyib.
Qeyd edək ki, Suriyadan qaçqın kimi gələn ermənilərin
yerləşdirilməsi prosesində iştirak edən Robert Matevosyan
gələnlərin işğal edilmiş ərazilərdə yerləşdirildiyini etiraf edib:
“Suriya ermənilərindən təkcə 28 ailə Azərbaycanın işğal edilmiş
Laçın rayonunda yerləşdirilib. Onların bəziləri burda müvəqqəti
yaşayır. Bir çoxu isə həmişəlik qalmağı düşünür”.
Vitse-spiker bildirib ki, ermənilər etiraf etməsələr belə, bu
ərazilərdə qeyri-qanuni məskunlaşdırmaların aparıldığı Azərbaycana
məlumdur: “Buna etirazımızı zaman-zaman bildiririk. Ermənistan
hakimiyyətinin apardığı süni məskunlaşdırma ilə bağlı məsələni ATƏT
rəhbərliyinin diqqətinə də çatdırırıq. Bu qanunsuz məskunlaşdırma
ilə bağlı məsələlərin daim ATƏT gündəliyinin qrafikinə daxil
olmasına çalışırıq”.
Lakin B. Muradova beynəlxalq təşkilatların bu məsələyə reaksiya
vermədiyindən təəssüfləndiyini açıqlayıb.
“Azərbaycan ərazilərində bu qeyri-qanuni məskunlaşdırılmaya
beynəlxalq təşkilatlar öz münasibətini bildirməlidir. Minsk qrupu
da Ermənistandan bu qeyri-qanuni addımlardan çəkinməsini tələb
etməlidir. Təəssüf ki, onlar heç bir reaksiya vermir”, - deyə
vitse-spiker bildirib.
Asif Nərimanlı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR