Nida.az
Bələdiyyə seçkilərinə 9103 kişi, 4090 qadın namizədliyini irəli sürüb
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Publika.az xəbər verir ki, iclasda çıxış edən MSK sədri Məzahir
Pənahov bu günə qədər 118 seçki dairəsində yerləşən 1607
bələdiyyənin 1336-da 13 193 nəfər bələdiyyə üzvlüyünə namizədliyini
irəli sürdüyünü deyib. Onun sözlərinə görə, namizədliklə bağlı
müraciət edənlərin 9103 nəfəri kişi, 4090 nəfəri qadındır:
“İndiyədək 5996 imza vərəqəsi götürülüb, artıq doldurulmuş 45 imza
vərəqi geri namizədlər tərəfindən seçki komissiyalarına təqdim
edilib. Ümumilikdə 2763 nəfərin namizədliyi fərdi qaydada, 156
nəfərin namizədliyini təşəbbüs qrupları, qalan şəxslərin
namizədliyi isə 9 siyasi partiya (Yeni Azərbaycan Partiyası, Ana
Vətən Partiyası, Azərbaycan Demokratik İslahatlar Partiyası, Böyük
Quruluş Partiyası və s.) tərəfindən irəli sürülüb. Namizədliyini
irəli sürənlərdən 11 628 nəfər ali, 868 nəfər orta ixtisas, qalan
qisim orta təhsillidir”.
M. Pənahov bələdiyyə seçkiləri ilə bağlı 150 min qeydiyyatdan çıxma
vəsiqəsi hazırlanacağını deyib.
“Səsvermə günü qeydiyyatda olduğu seçki məntəqəsində səsvermə
imkanı olmayan seçicilərə digər məntəqələrdə şərait yaradılmalıdır.
Prezident seçkilərində vətəndaş ölkədə istənilən məntəqədə səs
vermək hüququna malikdir. Parlament seçkilərində isə vətəndaşın
müvafiq seçki dairəsinin istənilən məntəqəsində qeydiyyatdan çıxma
vəsiqəsi götürməklə səs vermək hüququ var. Bələdiyyə seçkilərində
də vətəndaş yaşadığı bələdiyyənin ərazisində istənilən məntəqədə
səs verə bilər. Bir bələdiyyə daxilində bir bələdiyyə varsa,
seçiciyə qeydiyyatdan çıxma vəsiqəsinin verilməsi mümkün deyil.
Ancaq həmin bələdiyyə ərazisində iki məntəqə varsa, belə
seçicilərin qeydiyyatdan çıxmaq vəsiqəsi götürməklə səs verməsinə
şərait yaradılmalıdır”, - deyə MSK sədri bildirib.
İclasda çıxış edən MSK katibi Arifə Muxtarova dekabrın 23-nə təyin
edilmiş bələdiyyə seçkilərində seçki komissiyalarının səsvermənin
nəticələrinə dair yekun protokollarının hazırlanma qaydası və sayı
barədə məlumat verib. Onun sözlərinə görə, Seçki Məcəlləsinin
tələblərinə uyğun olaraq artıq yekun protokolların nümunələrinin
formaları müəyyən edilib. Karbonlaşdırılmış kağızdan buklet
formasında bələdiyyə və məntəqə seçki komissiyalarının sayına uyğun
olaraq yekun protokollar hazırlanıb.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
MSK-nın iclasında bələdiyyə seçkilərində Milli Dirçəliş Hərəkatı Partiyasının səlahiyyətli nümayəndələri də qeydə alınıb. Daha sonra bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişikliklər təsdiqlənib.
Asif Nərimanlı
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO