Rusiyalı ekspert: “İrəvan Bakı ilə savaşmaqdan qorxur”
Bizi izləyin

Nida.az

Rusiyalı ekspert: “İrəvan Bakı ilə savaşmaqdan qorxur”

“Ermənistana hazırda Azərbaycanla müharibəyə başlamaq sərf etmir”.

Axar.az Vestikavkaza.ru-ya istinadən xəbər verir ki, bu açıqlama ilə rusiyalı analitik Andrey Kazançev çıxış edib.

O, Ermənistanın Dağlıq Qarabağda hərbi təlimlərə başlayaraq Bakını provakasiyaya çəkmək istədiyini bildirib:
“Diqqət ediləsi ən mühüm məqam ondan ibarətdir ki, postsovet məkanında son illər problemlərin həlli metodları həddən artıq sərtləşib. Bu həm də Ukraynadakı böhran ucbatından Qərblə Rusiya arasında yaranmış münaqişənin nəticəsidir. Postsovet məkanı ölkələri artıq öz problemlərini yalnız gücün hesabına həll etməyə çalışırlar”.

Qeyd edək ki, dünəndən etibarən Ermənistan Dağlıq Qarabağda geniş miqyaslı hərbi təlimlərə start verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm