Nida.az
“O, partiyada nifaq toxumu səpdi” - Qubad İbadoğluna sərt ittiham
“Əgər həqiqi biznesdən söhbət gedirsə, bizneslə məşğul olmaq ayıb deyil. Amma siyasi bizneslə, QHT biznesi ilə məşğul olmaq ayıbdır. Bizdə belələri kifayət qədərdir”.
Publika.az xəbər verir ki, bu barədə Müsavat başqanı Arif Hacılının
qardaşı, Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli Qubd İbadoğlunun
ona dediyi “getsin biznesi ilə məşğul olsun” sözlərinə münasibət
bildirərkən deyib.
V. Hacıbəyli “facebook”da Q. İbadoğluna qarşı mənfi fikir səsləndirmədiyini bildirib. O, məqsədinin Müsavatda baş verənlərin müsbət nəticələnməsinə çalışması olduğunu deyib.
Daha sonra Q. İbadoğlunun rəhbərliyi altında narazıların bu gün
keçirəcəyi görüşə toxunan V. Hacıbəyli qarşı tərəfi Müsavat
daxilində “separatçılıq” toxumu səpməkdə ittiham edib.
“Qubad İbadoğlu noyabrın 8-də bütün müsavatçıları yığıncağa dəvət
edərək “bu görüşün Müsavatın çağdaş tarixində barışıq, birlik,
vəhdət və bütövlük görüşü kimi yadda qalacağına inandığını” bəyan
edib. Nə qədər lazımlı və gözəl sözlərdi. Mən bu sözlərin
səmimiyyətinə inanmaq istəyirəm və hamını da buna inanmağa
çağırıram. Hərçənd, qurultaydan sonra o, tərəfdarlarından heç kəsin
seçkili orqanlarda təmsil olunmayacağı barədə bəyanat verməklə
partiyada faktiki nifaq toxumu səpdi. Bu hal onun səmimiyyətinə
şübhələr üçün kifayət qədər əsaslar da verir. Əgər bu gün birlik
çağırışı edən Qubad İbadoğlu da sonradan yanlış addımlar atacaqsa,
bu gün onun səmimiyyətinə inananlar suçlu sayıla bilməz. Bu mənada
mən yenə də nə deyirəmsə, hamısının altından gələcəkdə də imza
atmağa hazıram. Bu həm də Müsavatdakı partiya kütlələrinin əsasən
sağlam mövqedə dayanmaqla partiyada təftişçiliyin, sabotajın,
qeyri-sağlam siyasi mübarizə üsullarının rədd edilməsi əzmini
göstərəcəklərinə olan inamla bağlıdır”, - deyə o bildirib.
Asif
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO