Nida.az
Arif Hacılı Pənah Hüseynin projesidir? – Müsavatda sirlər açılır
Müsavat başqanı Arif Hacılının “Yeni Müsavat” qəzetinə müsahibəsində “Başqan seçilməsəydiniz nə edəcəkdiniz” sualına cavabı narazı qrupun sərt reaksiyasına səbəb olub.
Qeyd edək ki, A. Hacılı cavabında 20 ildən çoxdur Müsavat
Partiyasında fəaliyyət göstərdiyini və bu müddət ərzində partiyada
keçirilən bəzi seçkilərin nəticələrindən, müxtəlif təyinatlardan,
müxtəlif seçki kampaniyalarında verilən təqdimatlardan narazı
qaldığı vaxtlar olduğunu deyib: “Bu narazılığımı şəxsi söhbətlərdə
həm İsa Qəmbərə, həm Müsavat rəhbərliyində olan digər dostlarıma
demişəm. Amma sonra ya şəhər kənarına çıxmışam, ya Zaqatalaya
getmişəm, Qafqaz dağlarında gəzmişəm, təmiz hava almışam, bir-iki
həftə oralarda gəzib beynim aydınlaşdıqdan sonra yenə də qayıdıb
gəlib Müsavat Partiyasında öz fəaliyyətimi davam etdirmişəm. Bu
qurultayın nəticəsində başqan seçilməsəydim eyni ssenari təxminən
təkrar olunacaqdı”.
Publika.az xəbər verir ki, başqanlığa keçmiş namizəd Səxavət Əlisoy
Arif Hacılını yalan danışmaqda ittiham edib.
“Nağıl danışma, Arif Hacılı. Sən Məclis sədrliyini uduzduğun
seçkinin ertəsi günü partiya sıralarını tərk etmək barədə istefa
ərizəsi verib getdin Zaqatalaya. Sən küsüb gedən günün axşamı
partiyada sənin üçün nizamnamədən kənar bir vəzifə - Mərkəzi İcra
Aparatının rəhbəri vəzifəsi təsis olundu. İstəsən, o vəzifənin
ideya müəllifinin adını də çəkə bilərəm - Pənah Hüseyn! Amneziyan
varsa, həkimə get. Yoxdursa düz danış”, - deyə o bildirib.
S. Əlisoy MNTK tərəfindən partiyadan uzaqlaşdırılan Kamil
Xəlibəylini də müdafiə edib: “Kamil bəy, partiya rəhbərliyini işğal
etmiş Hacılı dəstəsinin antidemokratik hərəkətləri, plüralizm, azad
fikir qarşısında acizliyi göz önündədir. Onlar saxtakarlıqlarını
ört-basdır etmək üçün siyasi repressiyalara start veriblər. Özləri
də bilir ki, heç nəyə nail ola bilməyəcəklər. Əlahəzrət tarix
onları öz kitabına saxtakar kimi yazıb.
Budur onları narahat edən, bəy. Ruhdan düşmə, hədəf növbədənkənar
qurultaydır”.
Asif
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO