Nida.az
Moskva Dövlət Universitetinin dosenti: “İşğal edilmiş ərazilərdə hərbi təlimlər təxribatdır”
“Azərbaycanın işğal edilmiş ərazilərində hərbi təlimlərin keçirilməsi birbaşa təhdiddir və bunun məntiqi davamı olaraq helikopter vurularaq salındı”.
Publika.az xəbər verir ki, bu barədə Moskva Dövlət
Universitetinin tarix fakültəsinin dosenti, Rusiya Dövlət
Universiteti yanında Qafqazşünaslıq Mərkəzinin rəhbəri İsmayıl
Ağakişiyev Azərbaycan səmasında təxribat uçuşları yerinə yetirən
erməni helikopterinin vurulmasını şərh edərkən deyib.
Onun sözlərinə görə, hərbi təlimlər əvvəldən təxribat xarakteri
daşıyıb: “Erməni silahlı qüvvələri tərəfindən keçirilən təlimlər
işğal edilmiş ərazilərlə yanaşı, Azərbaycanın təmas xəttinə yaxın
bölgələri üçün də birbaşa təhlükədir. Ermənistanın iqtidarı Dağlıq
Qarabağ münaqişəsi nəticəsində hakimiyyətə gəlib. Onlar
iqtidarlarını qorumaq üçün münaqişənin davam etməsində maraqlıdır.
Halbuki bu gün Ermənistan iqtisadi cəhətdən çox ağır durumdadır,
insanlar ölkəni tərk edir. Ölkədə gərgin iqtisadi və siyasi böhran
var. Ötən həftə işsizlərin mitinqi də bunu deməyə əsas verir.
Hakimiyyətin ünvanına ciddi ittihamlar səslənir. Əlillərin
problemləri həll edilmir, korrupsiya ölkəni bürüyüb, hakimiyyət
ticarəti inhisara alaraq şəxsi cibini doldurur. İrəvan rejimi məhz
daxili problemlərdən diqqəti yayındırmaq üçün təmas xəttində
zaman-zaman təxribatlara əl atır”.
İ. Ağakişiyevin sözlərinə görə, belə təxribat cəhdlərində insan
həyatının təhlükəyə düşməsi İrəvan rejimini narahat etmir.
“Ermənistan hərbi təlimlərə pul xərcləməkdənsə, təqaüdləri artıra,
sosial yardımları genişləndirə bilər. 1988-ci il zəlzələsindən
əziyyət çəkən və bu günə qədər vaqonlarda yaşayan insanların həyat
şəraitini yaxşılaşdıra bilər. Əgər Ermənistan hakimiyyətini erməni
xalqının taleyi düşündürsəydi, bu addımları atardı”, - deyə o
bildirib.
Asif Nərimanlı
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq