Nida.az
Müsavatdan çıxarılan Səxavət Əlisoy: “Verdikləri qərarın heç bir önəmi yoxdur”
Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy Divanın qərarı ilə partiya sıralarından çıxarılıb.
Məsələ ilə bağlı Publika.az-a danışan Səxavət
Əlisoy bu qərarın onun üçün təəccüblü olmadığını deyib. Onun
fikrincə, yeni rəhbərliyin əvvəldən fərqli düşüncəni qəbul
etməyəcəyi bəlli idi: “Müsavatı avtoritar üsulla idarə edənlər üçün
fərqli fikir söyləmək ölümə bərabərdir. Onlar da öz təbirincə mənim
edamımı verdilər. Əslində, lap əvvəldən bu yola çıxanda belə
qərarları gözləyirdim. Lakin qeyri-legitim saydığım qurumun
haqqımda verdiyi qərarın heç bir önəmi yoxdur. Mən Müsavat
Partiyasının üzvüyəm. Bu gün də açıqlama vermişdim. Bu insanlar söz
azadlığını həzm edə bilmirlər. Müsavatın növbədənkənar qurultayının
çağırılması üçün əlimizdən gələn nə varsa, bütün potensialımızı
qoyub mübarizə aparacağıq. Saxtakarlıq adı Müsavatın adının
üstündən götürüləcək. Bunların zehniyyəti plüralizmin nə olduğunu
dərk etmir. Bunlar üçün ətrafında biət edən insanlar lazımdır,
populist çıxışlar etsinlər, onları gurultulu alqışlarla
qarşılasınlar və partiyanı sex və fabrik kimi idarə etsinlər. Biz
bunu qəbul etmirik və buna görə də növbədənkənar qurultay
çağırılmasına qədər mübarizə aparacağıq”.
Qeyd edək ki, Müsavat Divanı noyabrın 11-də partiya daxilindəki
vəziyyətlə bağlı bəyanat qəbul edib.
Qərara alınıb ki, Divanın növbəti toplantısında Müsavat Partiyasının ümumi ideoloji-siyasi xəttinə zidd, partiyanın VIII Qurultayının qərarlarını şübhə altına alan fəaliyyətə dair müzakirələr keçirilsin. Bununla əlaqədar partiya üzvləri Səxavət Əlisoy və Əlövsət Talışxanlı Divanın noyabrın 17-də keçiriləcək növbəti iclasına dəvət olunub. S. Əlisoy və Ə. Talışxanlı Divana getməyəcəklərini bəyan ediblər.
Səxavət Əlisoyun çıxarıması ilə yanaşı, Əlövsət Talışxanlıya Divanın çağırışına məhəl qoymadığı üçün töhmət verilib.
Asif Nərimanlı
-
Rəsmi xronika15:15
Prezident bu qanuna dəyişiklik etdi
-
Hadisə15:00
Kəlbəcərdə dəhşətli hadisə: ölən var
-
Pul14:40
Bu qərar mayın 2-dən qüvvəyə minir: Kredit faizləri azalacaq?
-
ABŞ14:05
ABŞ-dan gözlənilməz açıqlama: Rusiya ilə müharibə...
-
Cənubi Qafqaz13:01
Paşinyan sərhədimizə ordu göndərdi: Səhər saatlarında hərəkətə keçiblər - VİDEO
-
Sosial12:38
Ramin Məmmədov deputat mandatından məhrum edilir
-
Rəsmi xronika11:10
Biz buna imkan verə bilmərik - Prezident
-
Hadisə09:46
Rövşən Rzayev vəfat etdi - FOTO