Nida.az
Əlövsət Talışxanlı istefa verdi: “Bu, İsa Qəmbərin təkidi ilə baş verdi”
“Mən – Əlövsət Talışxanlı legitimliyini tanımadığımız rəhbərliyin Səxavət Əlisoyu partiyadan uzaqlaşdırmaq qərarına və nizamnamə pozuntusuna etiraz olaraq Müsavatdan istefa verdiyimi bəyan edirəm”.
Bunu Publika.az-a açıqlamasında Müsavat
Partiyasından istefa verən Qubad İbadoğlunun tərəfdarı Əlövsət
Talışxanlı deyib.
Onun sözlərinə görə, bu repressiya legitim olmayan qurum tərəfindən
həyata keçirilir.
“Bu, cənab İsa Qəmbərin təkidi ilə baş verdi. Partiyanın demokratik
yoluna zərbə vuruldu. Zərbəni vuranlar da legitimliyini
tanımadığımız şəxslərdir. Lakin bizim mübarizəmiz davam edəcək. Nə
qədər nəfəsimiz var, o qədər müsavatçı olacağıq. Çünki Müsavatı mən
yaratmışam, Rauf Arifoğlu, Mənsur Əlisoy, Niyazi İbrahimli və “N”
qədər həlak olan müsavatçı yaradıb. Müsavatdan, onun
idarəçiliyindən, qanunlarından xəbərsiz olan qurum tərəfindən belə
qərarların verilməsi təəssüfedicidir”, - deyə Ə. Talışxanlı
bildirib.
Qeyd edək ki, Müsavat Divanı bu gün qəbul etdiyi qərarla Səxavət
Əlisoyu partiyadan çıxarıb. Əlövsət Talışxanlıya isə töhmət
verilib.
Asif Nərimanlı
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir - VİDEO
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ