Nida.az
Vaşinqton Bakıya yaxınlaşmağın yollarını axtarır – Obamaya müraciətin səbəbi
ABŞ konqresmeni Robert Aderholt prezident Barak Obamaya məktubla müraciət edərək Vaşinqtonu Azərbaycana dəstək verməyə çağırıb.
Konqresmen Aderholt öz məktubunda Azərbaycanın ABŞ-ın mühüm müttəfiqi olduğunu, ölkəmizin strateji mövqeyini, Əfqanıstandakı antiterror əməliyyatlarına, Avropanın və İsrailin enerji təhlükəsizliyinə dəstəyini vurğulayıb. O, Bakı-Tbilisi-Ceyhan boru kəməri və Cənub Qaz Dəhlizinin əhəmiyyətini xüsusi qeyd edib. Amerikalı konqresmen Azərbaycan və ABŞ-ın Xəzər dənizi regionunda uzunmüddətli maraq və çağırışları paylaşdığını və bu əhəmiyyətli dövrdə ABŞ-ın öz müttəfiq və tərəfdaşları ilə münasibətləri saxlamasının önəmini vurğulayıb. Eyni zamanda, konqresmen prezident Obamanı və dövlət katibi Con Kerrini Azərbaycana səfir təyin olunması prosesini sürətləndirməyə və yüksək səviyyəli administrasiya rəsmisini Azərbaycana səfərə göndərməyə çağırıb.
Amerikalı konqresmenin bu mövqeyi Vaşinqtonda Bakının dəyərini
anlayanların hələ də qaldığını deməyə əsas verir. Halbuki, keçmiş
səfir Riçard Morninqstarın getdiyi ərəfədə Ağ Evin belə qəbul
etmədiyi qalmaqallı fikirləri münasibətlərdə lazımsız gərginlik
yaratmışdı.
Konqresmenin çağırışı fonunda məşhur amerikalı jurnalist
Reynaldonun “Los Angeles Times” nəşrində Azərbaycana həsr olunmuş
məqaləsi diqqət çəkir. Jurnalist bir sıra anti-Azərbaycan mövqeli
siyasətçidən fərqli olaraq Bakı hökumətinin KİV azadlığına,
demokratiyaya qayğısından danışır və Qərbin Azərbaycana qarşı
kampaniyalarını pisləyir. Reynaldo Dağlıq Qarabağ münaqişəsinə
toxunur və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal
faktını gündəmə gətirir. O, beynəlxalq hüququn Azərbaycandan yana
olduğunu bildirir.
Ekspertlər bu mövqeləri Vaşinqtonda Azərbaycanın əhəmiyyəti haqda düşünənlərin hələ də qalması kimi xarakterizə edir.
Publika.az xəbər verir ki, M. V. Lomonosov adına Moskva Dövlət
Universitetinin informasiya-analitik mərkəzinin baş direktoru,
politoloq Andrey Petrov bunu Vaşinqtonun Bakıya yaxınlaşmaq
cəhdləri kimi şərh edib. Onun sözlərinə görə, ABŞ bunun üçün
manevrlərə əl atır: “Son illər ABŞ və Qərbdə Azərbaycanın vətəndaş
cəmiyyətində ciddi problemlərin olduğuna dair iddialar gündəmə
gəlirdi və buna görə rəsmi Bakı sərt formada tənqid edilirdi. Hətta
Barak Obama Azərbaycanın adını insan haqları pozulan ölkələr
sırasında çəkdi. Bu yanaşmalar səfir Morninqstarın Bakıda olarkən
dilindən də səslənmişdi. Bu Azərbaycana təzyiq üçün bir növ “siyasi
kəşfiyyat” idi. Görünür, “siyasi kəşfiyyat” yekunlaşıb və ABŞ
əvvəlki mövqeyindən geri çəkilir. Bu fonda Amerika KİV-ləri və
siyasətçilərinin Azərbaycanı müdafiə edən çıxışlar etməsi təəccüblü
deyil. ABŞ prezidentinə və dövlət katibinə səfir təyinatı ilə bağlı
müraciətlərin edilməsi də təsadüfi deyil. Əslində, diplomatik
münasibətləri olan iki ölkə arasında səfir təyinatı güzəşt deyil,
vəzifədir. Lakin Vaşinqton bununla Bakıya öz jestini etməyə
çalışır”.
Asif Nərimanlı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR