Nida.az
Qubad İbadoğludan sərt açıqlama: “Baş verənləri İsa Qəmbər idarə edir”
Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlu keçmiş başqan İsa Qəmbərin “Kənardan necə görünməsindən asılı olmayaraq, əslində savaş hakimiyyətlə Müsavat arasında gedir” açıqlamasına sərt reaksiya verib.
Q. İbadoğlu Publika.az-ın “Bununla İsa Qəmbər yeni
rəhbərliyin sizin iqtidara işlədiyiniz haqda ittihamlarına dəstək
vermiş olurmu?” sualına cavabında təəssüfləndiyini bildirib: “İsa
Qəmbər yenə də tərəf kimi çıxış edir. O, bununla baş verənləri
nəinki izlədiyini, hətta idarə etdiyini göstərdi. Eyni zamanda,
ənənəvi yanaşması ilə partiyada baş verənlərin məsuliyyətini
hazırkı rəhbərliyin üzərindən atmaq niyyəti güdür və partiyadaxili
repressiyalara haqq qazandırır.
Buna çox təəssüf etdim. Deyilənlər minlərlə müsavatçının apardığı mübarizənin üzərinə kölgə salmağa yönəlib və kökündən yanlışdır. Bizim mübarizəmiz məfkurə mübarizəsidir. Odur ki, Müsavat partiyasının nizamnamə ilə idarəçiliyinə çalışırıq, onun güclənməsi ilə bağlı təkliflər paketi ilə çıxış etmişik. Buyursunlar, açıqlamalarını təsdiq edən bircə dənə də olsun fakt təqdim etsinlər”.
Başqanlığa keçmiş namizəd Səxavət Əlisoy və partiyadan istefa verən
Əlövsət Talışxanlı da Publika.az-a açıqlamalarında İsa Qəmbəri şər
atmaqda ittiham ediblər.
Asif
-
Magazin221:24
Cennifer Lopez ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO/VİDEO
-
İdman20:24
UFC debütantı MESAJ VERDİ: "Yeni kral gəlir"
-
Magazin220:00
Məşhur aktyor vəfat etdi - FOTO
-
Magazin119:36
Əməkdar artisti açıq geyiminə görə Türkiyədə efirə buraxmadılar - FOTO
-
Sosial19:24
İşsizlərə ŞAD XƏBƏR - Mayın 7-də…
-
İdman19:00
Ronaldo və Messi komanda yoldaşı ola bilərlər - Prezident ŞANS AXTARIR
-
Magazin218:36
Rihanna imicini kökündən dəyişdi - FOTO
-
Magazin117:30
Azərbaycanlı müğənninin dəhşətli qəzada həlak olan oğlunun GÖRÜNTÜLƏRİ