Nida.az
Yeni partiya ideyasına sərt reaksiya: “Müsavatın adına iddia edə bilməzlər”
Müsavat Partiyasının yeni rəhbərliyi narazıların yeni partiya yaratması ideyasına münasibət bildirib.
Müsavat başqanının müavini Gülağa Aslanlı
Publika.az-a açıqlamasında istənilən adamın
partiya yaratmaq hüququnu tanıdıqlarını deyib: “Kim partiya
yaratmaq istəyirsə, buyursun, həyata keçirsin. Kimsə onların bu
hüququnu əllərindən almır. Amma bundan əvvəl də Müsavatdan gedənlər
partiya yaradıblar. Onların Müsavatdan nə qədər tərəfdar apara
bildiyi göz önündədir. Buna görə də "yeni partiyanın yaranması
Müsavatın parçalanması ilə nəticələnə bilər" fikri ilə razı
deyiləm. Ən pis halda Müsavatdan qopmalar ola bilər”.
Arif Hacılının yeni müavini, hüquqşünas Osman Kazımov isə
Publika.az-a açıqlamasında yeni partiya yaradanların Müsavatın
adından istifadə etməsinin hüquqi əsaslarının olmadığını bildirib:
“Hafiz Hacıyev də Müasir Müsavat Partiyası yaradıb. Bunlar da belə
bir forma seçib hansısa adda partiya yarada bilərlər. Amma konkret
Müsavatın adına iddia etmələrinin hüquqi əsası yoxdur”.
Amma O. Kazımov Qubad İbadoğlunun bu addıma getməsini real hesab
etmir.
Qeyd edək ki, başqanlığa keçmiş namizəd Səxavət Əlisoy narazıların
yeni partiya yaratmaq məsələsini müzakirə etdiyini, qərarın gələn
həftə açıqlanacağını bildirib.
Asif Nərimanlı
-
Hadisə16:27
Kür çayı məcradan çıxıb - FHN məlumat yaydı
-
Region13:45
Ermənistanın bir hissəsi su altında qaldı: 1 nəfər öldü, 232 nəfər təxliyə edildi - YENİLƏNDİ
-
Qoroskop13:20
Bu gündən bütün bürclərin taleyi dəyişir: 2025-ci ilin iyununa qədər bunlar BAŞ VERƏCƏK
-
Hadisə12:50
Qazaxda iki çay daşdı, bəzi əraziləri su basdı
-
Ekologiya11:50
Bakıda tozlu hava şəraiti nə qədər davam edəcək?
-
Hadisə10:30
Bakıda binada yanğın: sakinlər təxliyə edildi
-
Nida Xəbər 10:24
Ermənistan ordusu Qazaxla sərhəddən çəkilmir? – Bəyanat yaydılar
-
Sosial10:08
Qurban bayramında neçə gün qeyri-iş günü olacaq?