Nida.az
Müdafiə Nazirliyi: “Azərbaycan ordusu itki verməyib, bu, ermənilərin təxribatıdır”
“Noyabrın 12-də Ermənistan silahlı qüvvələrinə məxsus helikopterin düşdüyü ərazidən meyitlərin qalıqlarının çıxarılması ilə əlaqədar guya xüsusi əməliyyat keçirilməsi və Azərbaycan Silahlı Qüvvələri bölmələrinin bu istiqamətdə itki verməsi barədə erməni tərəfinin yaydığı məlumatların heç bir əsası yoxdur, bu, məqsədyönlü surətdə yayılan növbəti təxribatdır və yalandır”.
Publika.az-ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilir: “Düşmən tərəfinin vurulmuş helikopterdəki meyitlərin adı altında hər hansı bir qalıqları nümayiş etdirə biləcəyi ehtimalını əvvəlcədən təxmin edərək bildiririk ki, bu ancaq erməni xalqını aldatmaq niyyətilə əvvəllər verdikləri itkilərin nümayişi ola bilər.
Erməni tərəfindən tam fərqli olaraq Azərbaycan Müdafiə Nazirliyi
cəbhədə baş verən hər bir itki barədə rəsmi surətdə dərhal
ictimaiyyətə məlumat verir və şəhidlərin dəfn mərasimlərini
təntənəli şəkildə təşkil edir.
Müdafiə Nazirliyi bildirir ki, ermənilər helikopterin düşdüyü
ərazidə daim vəziyyəti gərginləşdirir və beynəlxalq qurumları da bu
məsələyə cəlb etməyə cəhd göstərirlər. Həmin istiqamətdə Azərbaycan
Silahlı Qüvvələri heç bir itki verməyib və ərazi tam nəzarət
altındadır”.
Qeyd edək ki, az öncə News.am saytı Ermənistanın Müdafiə Nazirliyindəki mənbələrinə istinadən Azərbaycanın iki əsgərinin vurulmuş vertolyota tərəf yaxınlaşmaq istərkən öldürüldüyü, noyabrın 12-də vurulmuş “Mi-24” hərbi helikopterinin pilotlarının cəsədlərinin hadisə yerindən çıxarıldığı barədə açıqlama yayıb.
-
İdman09:12
Bellinqemin sevgilisi Madridi belə valeh etdi - FOTOLAR
-
Nəqliyyat08:24
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR
-
MDB08:12
Bu gün Rusiya hökuməti istefa verəcək
-
Qoroskop07:55
Yayda varlanacaq BÜRCLƏR
-
Nəqliyyat07:39
Bu yolda sürət həddi bərpa edildi
-
Maraq dünyası07:25
Eşşəklərə toy etdilər - FOTOLAR
-
Magazin207:10
Sinem Kobalın uğursuz fotoşopu - Elə bir səhv etdi ki... - FOTO
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO